SAXTA XƏBƏRLƏR MEDİAYA NECƏ AYAQ AÇIR?

Bölmə: MEDİA › ,
Tarix: 15:00 20.10.2023

 

   Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi “KİV-də və sosial şəbəkələrdə “saxta xəbərlər”in (fake news) qarşısının alınması istiqamətində təşəbbüslər" layihəsi çərçivəsində təlimlərə başlayıb. Layihə rəhbəri Xatirə Hüseynova və ekspert Aynur Nəsirova görüşdə saxta xəbərlərin mediaya, əsasən də sosial şəbəkələrə necə ayaq açmasından, onunla mübarizə tədbirlərindən danışblar.   

 

 

 

 

 

 

  Maarifləndirici təlimdə feyk-nyus nədir, törətdiyi fəsadlar hansılardır? suallarına cavablar əyani vəsaitlərlə verilib. Gənc jurnalistlər 44 günlük Vətən Müharibəsi ərəfəsində və sonrakı dövrdə ölkəmizlə bağlı yayılan saxta xəbərlər və onlarla mübarizə barəsində disskusiyalara cəlb ediliblər. Təlimçilər təlim iştirakçılarını istər mediada, istərsə də sosial şəbəkələrdə yayılan feyk-nyuslara qarşı diqqətli  olmağa, media savadlı olmağa çağırıblar. Daha sonra isə saxta xəbərlər və mediamanipulyasiya halları nümunələrlə, faktlarla izah edilib. Foto-materialların yanıldıcı olmasının insanların yalan düşüncələrə qapılmasına, qərəzli düşüncələrə gətirib çıxarmasına səbəb olması bildirilib. "Bunların qarşısının alınması gələcək jurnalistlərin - sizlərin əlindədir"deyən Xatirə Hüseynova gənc jurnalistləri bir daha diqqətli olmağa, bu hallardan yayınmağa çağırıb.

 

TEHRAN