İranın Türkiyəyə qarşı protest hazırlaması üzücü haldır-Şərhçi
Bölmə: Siyasət › ,Tarix: 12:40 12.12.2023
İran prezidenti İbrahim Rəisinin ötən həftə Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edilməsi məsələsini informator.az-a şərh edən analitik jurnalist Kazım Kazımov əslində Tehran və Ankara arasındakı təmaslara baxdığımızda İran prezidenti İbrahim Rəisinin Ankaraya səfərində ertələnməsi texniki bir səbəbdən dolayı olduğunu bildirib.
"Çünki bilirsiniz ki, BMT-də Zirvə görüşü keçirildi və bu Zirvəyə həm İran Xarici İşlər Naziri Abdullahyan, həm də Türk Xarici İşlər Naziri Hakan Fidan qatıldı. Yəni Xarici İşlər Naziri olmadan belə bir görüşün keçirilməsi o qədər də səmərəli deyildi".
Şərhçi qeyd edir ki, bu gün İran və Türkiyə arasındakı əlaqələr müəyyən dərəcədə bəzi xırda problemlər olsa da, yaxşıdır, deyə bilərik.
"Birincisi, İranın bölgədə Türkiyəyə ciddi şəkildə ehtiyacı var. Çünki İran böyük embarqolar altında olan bir ölkədir və Türkiyə İslam dünyasında qərbə ən rahat çıxışı olan ölkələrdən biridir, qərblə şərq arasında bir tranzit yoludur. Bu səbəbdən də İranın Türkiyəyə bölgədə çox ciddi şəkildə ehtiyacı var".
Kazım Kazımov eyni zamanda qeyd edir ki, Qəzzadakı son proseslər ətrafında Ayətullah Xamenei cümə günündə verdiyi xütbədə ən azından Qəzza dövründə İrana yanacaq göndərməyi dayandırın deyə üstü qapalı mesaj verdi.
"Ancaq Türkiyədən bir cavab gəlmədi. Bundan başqa İran içərisində Xameneiyə xalq içərisindəki yaxın qüvvələr əvvəlcə Təbrizdəki Türkiyənin Baş Konsulluğu qarşısında Türkiyənin İsraillə enerji ticarətini ləğv etmək istəyən mitinq hazırlamaq istəyirdilər. Amma Türkiyə əleyhinə Təbrizdə mitinqə qoşulacaq çox insan tapmadıqlarına görə , bunu Tehrandakı Türkiyə səfirliyi önündə çirkin bir protest söylədilər".
Şərhçinin sözlərinə görə, Türkiyə səfirliyinin qarşısında baş verən protestdə Türkiyə ilə yanaşı Azərbaycan da hədəf alındı.
" Ancaq çox qəribədir ki, Azərbaycanla yanaşı orada Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələr də burada hədəf alındı".
Kazım Kazımov deyir ki, çox maraqlıdır ki, bu ölkələrin Tehranda səfirlikləri var, o zaman niyə Ərəb dünyası Türkiyə səfirliyi üzərindən hədəf alındı?
" Bilirsiniz ki, körfəz və İran arasında son bir ildə istiləşən münasibətlər vardır. Bəlkə bu istiləşən münasibətlər fonunda bir başa olaraq onların səfirliyi önündə onlara protest etməyə cəsarət edə bilmədilər və bunu Türkiyə səfirliyi qarşısında etdilər".
Müsahib əlavə edir ki, təbii ki, bu protestin orada olması üzücü haldır.
" Çünki əgər Tehran Türkiyəyə bir mesaj vermək istəyirsə, bunu diplomatik yolla çox rahat bir şəkildə edə bilərdi. Ancaq Türkiyəyə qarşı sərt ittihamların səsləndirilməsi xoş deyil və diplomatik və etik dəyərlərə də sığmadığını deyə bilərik".
Şərhçi bütün bunlara baxdığımızda bu günə qədər Qəzza məsələsi ilə bağlı İrandan Türkiyəyə qarşı hansısa bir təzyiq gəlmədiyini və təzyiq göstəcək bir səbəb də olmadığını vurğulayır.
"Çünki Türkiyə kifayət qədər güclü və nüfuzlu bir ölkədir və həmçinin, NATO-ya üzvdür. İran Türkiyəyə hər hansı bir təsir göstərmək üçün basqı etməyə əlində heç nə yoxdur".
Kazım Kazımov onu da qeyd edir ki, İran həm də çox yaxşı başa düşür ki, əgər Qəzzada atəşkəs prosesi baş verərsə, burada Türkiyənin aktiv olması və rol oynaması daha ciddi məsələ ola bilər.
" Onsuzda Türkiyə İransız da Qəzzada atəşkəsin olması üçün kifayət qədər səy göstərir və İbrahim Rəisinin Ankara ziyarətinin ləğv edilməsi, Abdullahyanın 7 oktyabrdan bəri iki dəfə Ankaraya gəlməsi və Nyu-Yorkdakı BMT sammitində Abdullahyanla Hakan Fidanın görüşməsi İranın bu məsələdə Türkiyənin aktiv rol oynamasından razı olduğunu göstərir".
Aynur Babayeva