Dekabrın 15-də YAP İdarə Heyətinin iclası keçiriləcək-Deputatdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:02 14.12.2023

Dekabrın 15-də Heydər Əliyev Mərkəzində növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.

 

Milli Məclisin üzvü Cavanşir Paşazadə iclasda müzakirə olunacaq mövzular və növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini informator.az- a açıqlamasında qeyd edib:


"Biz  Yeni Azərbaycan Partiyası olaraq partiyanın üzvləri, qərargahı, onun heyəti sabah yığışacaq və cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasindan  yenidən prezidentlitinə namizədliyi irəli sürüləcək".


İclasda hansı məsələlər müzakirə olunacaq?

 

 

"Təbii ki,  20 il müddətində cənab Prezidentin gördüyü işlər, xalqımıza, dövlətimizə etdiyi xidmətlər göz önündədir. Hələ 20 il bundan öncə Prezident İlham Əliyevin prezident olduğu birinci dönəmdə hərbi cəhətdən gücün, hərbiçilərin biliyinin artırılması,  Neftdən gələn gəlirlərin güclü silahların alınmasında, qardaş Türkiyəyə hərbiçilərimizin göndərilməsi, Azərbaycana, dövlət başcısına, ləkə yaxmaq ilə məşğul olan şəxslər o dövrdə fikirləşirdilır ki, bu qədər vəsaiti hərbiyə qoymaq gərəkli deyil, Azərbaycan öz torpaqlarını azad etməyəcək, ancaq 2020-ci ildə 44 günlük müharibə cənab Prezidentin nələrə hazırlandığı, hansı məsələləri həyata keçirmək üçün hazır olduğu  sübut edildi.  Prezident İlham Əliyev, hərbiçilərimiz, şəhidlərimiz, qazilərimiz buna nail oldular ki, biz 44 gün müddətində torpaqlarımızı azad etdik".

 


Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi dönəmində dünyanın bütün ölkələrinin mətbuatları dəvət edildi, onlarla Azərbaycan həqiqətlərinin, sülhsevərliyinin, ATƏT-in Minsk qrupunun qəbul etdiyi qərarların həyata keçirilməməsi ilə bağlı açıqlamalar verildi.



"Azərbaycanın tam şəkildə müstəqilliyinin, torpaqlarının azad olunmasına nail olundu.  Təbii ki, biz 30 il müddətində əsarətdə qalan, dağılan torpaqları bərpa etmək, oraya yenidən həyat vermək, 1 milyon qaçqın-köçkünlərimizi öz torpaqlarına qaytarmaq üçün inandığımız şəxs Ali Baş Komandan İlham Əliyevdir.  Mən əminliklə deyə bilərəm ki, biz fevralın 7-də prezidentimizi yenidən seçəcəyik və iqtisadiyyatımızı, hərbimizi gücləndirib, Azərbaycan gələcəyini daha da gücləndirəcəyik".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Nəzrin Mirzəyeva