"Bu vəziyyət Azərbaycana mənfi təsir göstərə bilməz"..-Mübariz Göyüşlü
Bölmə: Siyasət › ,Tarix: 19:21 22.05.2024
İranın prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər qeyd edib ki: "Biz Ermənistanla bütün öhdəliklərimizə və sazişlərimizə sadiq qalacağıq və onların icrasını ciddi şəkildə izləyəcəyik".
"Nəzərə alsaq ki, Ermənistan təcavüzkar dövlətdir. Uzun müddət Azərbaycan torpaqlarını işğal edib. İran isə müsəlman ölkəsidir. Ermənistanla əməkdaşlığını bu baxımdan müsbət qiymətləndirmirəm". Bu sözləri "İnformator.az"-a mövzu ilə bağlı açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Şərhçi bildirir ki, bu kimi addımları İran daha öncə belə atırdı: "Bu addım İran siyasəti üçün yenilik deyil. İranın Ermənistan ilə uzun zamandır ki, əməkdaşlığı var.
Şəhid olan Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan-onlar Azərbaycan rəhbərliyi ilə sonuncu görüşdə verdiyi açıqlamalardan görünürdü ki, paritet olaraq Azərbaycanla da əməkdaşlıq etməkdə maraqlıdırlar. Qeyd edim ki, həlak olan rəhbərliyi İran "şəhid" adlandırır. Təəssüf ki, təzə rəhbərlik sırf Ermənistanla öhdəlik sazişləri icra etmək məsələsinə sadiq qaldığını söyləyir".
M.Göyüşlü bu əlaqələrin Azərbaycana heç bir mənfi təsir göstərə bilməyəcəyini qeyd edir: "Əlbəttə, o ölkələrin öz daxilidi işidir. Bu durumun Azərbaycana mənfi təsir göstərəcəyini xüsusi olaraq gözləmirəm. Çünki Azərbaycan güclü dövlətdir. Nəinki İran Ermənistanla, hətta kim hara ilə əməkdaşlıq etsə belə, hansı dəstəyi göstərsə belə Azərbaycana bunun təsiri yoxdur. Azərbaycan öz sözünü deyib, deyəcək də. Biz isə bu yolda çalışmalarımızı davam etdiririk. Bizə bu məsələlər problem yarada bilməz".
Çinarə Muradova