İngilis nəhəngi Türkiyəyə gəlir!

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:56 28.03.2025

QMİ təsdiq edib İngiltərənin ən əhəmiyyətli banklarından biri olan Barclays Bank PLC, Türkiyədə bir broker şirkəti qurdu. QMİ Barclays Menkul Değerler AŞ adlı şirkətin qurulmasına icazə verdi. 

 

Bu həftə Kapital Bazarı Şurası (SPK) maliyyə dünyasının beynəlxalq xidmətlər göstərən aparıcı banklarından biri olan İngiltərə nəhəngi Barclays Bank PLC-yə yüzdə 100-ə sahib olacaq yeni “Barclays Menkul Değerler AŞ” broker firmasının yaradılmasına icazə verib.

QMİ-nin həftəlik bülleteni dərc olunub.

Analitiklər İdarə Heyətinin bir müddət əvvəl yeni bir broker firmasının yaradılmasına yol açdığına diqqət çəkərək, bu miqyasda bir maliyyə qurumunun Türkiyəyə marağının uzun müddətdən sonra bazarların müsbət qarşılayacağını qeyd ediblər.

QMİ daha əvvəl Türkiyənin aparıcı bankları olan Aktif Yatırım Bankası AŞ və Fibabanka AŞ-yə məxsus 2 yeni broker firmasını təsdiqləyib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı