İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Tarix: 23:17 07.04.2025
Bildirilib ki, İranın Ali lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələrininin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verilib.
Mövzu ilə əlaqədar politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, son günlərdə İran və ABŞ arasında gərginliyin kifayət qədər yüksəlməsi yeni hərbi əməliyyatların ya da müharibənin başlaması riskini daha çox müzakirə edilməsinə səbəb olan əsas məqamlardan biridir:
“ Xüsusilə ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən fikirlər eyni zamanda qarşılıqlı olaraq, İranın prezidenti Ali Xameneinin başçılığı ilə silahlı qüvvələrin yüksək hazırlıq mərhələsinə gətirilməsi ilə bağlı göstərişlər və “Sepah”ın açıqlamaları bir daha müharibə riskini yüksək qiymətləndirməyə rəvac verən əsas hadisələr olaraq qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, nə ABŞ - İran nə də İsrail - İran arasında geniş miqyaslı hansısa bir hərbi əməliyyatın olması riski bu gün üçün real deyil:
“Qarşılıqlı olaraq səsləndirilən ittihamlar təsir və təzyiq mexanizmlərini maksimum dərəcədə istifadə ilə bağlı mesajları özündə ehtiva edir. Xüsusilədə ABŞ-nin tariflərlə bağlı İrana münasibətdə səsləndirdiyi fikirlər və qəbul edilən qərar İran üzərində hansısa bir formada çəkindirici və yayındırıcı xarakter daşımadığı üçün hərbi əməliyyatlarla bağlı təhdid daha çox səsləndirilməyə başlayıb ki, buda gözlənilən addım idi. Çünki Trampın hakimiyyətə gəlməzdən əvvəl seçkidən əvvəl kampaniya vaxtı, eyni zamanda seçki sonrasında İranla bağlı verdiyi mesajlarda ola biləcək hərbi qarşıdurma ABŞ - İran və İsrail - İran qarşıdurmaları daha çox dəyərləndirilirdi”.
Son olaraq müsahib bildirib ki, indiki vəziyyətdə hər hansısa bir qarşıdurma arzuolunan deyil:
“Buna görə də, münasibətlərin gərginlik səviyyəsinin kuliminasiya səviyyəsinə çatması, uzun illərdir ki, ikitərəfli münasibətlərdə olan problemlərin bir qədər də təzahür etməsini ifadə edən əsas yanaşmalardır. Amma gələcək prespektivdə yenə də danışıqların davam etdirilməsi, nüvə proqnozları ilə bağlı ola biləcək mümkün razılaşmalar, çərçivə sənədi ilə götürülən öhdəliklərin davam etdirilməsi ilə bağlı ehtimallar daha yüksək dəyərləndirilir. İran höküməti üçündə bu gün hansısa xarici təhlükə ilə üz-üzə gəlmək arzu olunan deyil”.
Asiman Vəliyeva