Tramp cavab rüsumlarını qaldırmasa, Çini 50% əlavə rüsumlarla hədələyir

Tarix: 23:08 07.04.2025
Donald Tramp Pekinin Vaşinqtona tətbiq etdiyi 34%-lik cavab tariflərini geri götürməyəcəyi təqdirdə Çini əlavə 50% rüsumlarla hədələyib.
Tətbiq edilsə, Çindən müəyyən mallar gətirən bəzi ABŞ şirkətləri 104% rüsumla üzləşə bilər. Bu, ABŞ bazarlarının açılışda yenidən kəskin enişlə üzləşməsi ilə baş verib. Avropanın ən böyük fond bazarları, o cümlədən Londonun FTSE 100 indeksi 4%-dən çox bağlanıb. Bu arada, Aİ ABŞ-a ixrac etdiyi bəzi mallara "sıfırdan sıfıra" tariflər tətbiq etdiyini bildirib.
BBC News
Asiman Vəliyeva