AK Partiya sözçüsü iclasla bağlı açıqlama verib

Bölmə: Dünya › ,
Tarix: 23:29 07.04.2025

AK Partiya sözçüsü Ömer Çelik, Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə partiyanın qərargahında keçirilən Mərkəzi İdarə Heyətinin iclası ilə bağlı açıqlamalar verib.

 

Prezident Ərdoğanın Ramazan ayında görülən işləri dəyərləndirdiyini ifadə edən Çelik, həm qərargahın, həm də təşkilatların vətəndaşlarla daha çox görüşmək planlarının önümüzdəki dövrdə də eyni şəkildə davam etməyinin lazım olduğunu bildirdi. Görüşdə Ərdoğanın Terrorsuz Türkiyə gündəmi ilə bağlı həssaslıqlarını açıqladığını ifadə edən Çelik dedi:
“Prezidentimiz beynəlxalq hadisələrlə bağlı qiymətləndirmələr etdi. Qəzzadakı vəziyyəti yaxından izləyirik. Bildirim ki, Qəzza bizim vicdanımızın və insanlığın məsələsi olmaqdan heç vaxt vaz keçməyəcək. Bunu eyni səviyyədə və aydınlıqda dəyişmədən davam etdirən, həm humanitar, həm də siyasi nöqteyi-nəzərdən bu mövzuda israr və tezislərimizi bütün həmsöhbətlərimizə çatdırmağa davam edirik. Təəssüf ki, oradakı soyqırım siyasətinin tərkib hissəsi olan son qırğınlarla humanitar vəziyyət daha acınacaqlı həddə çatıb. Ərzaq yardımının kəsilməsindən tutmuş oradakı insanların tərk edilməsinə və ölüm maşınları ilə ağır hədəfə alınmasına qədər belə bir faciə davam edir. Prezidentimiz cümə axşamı İndoneziya prezidenti ilə eyni məsələləri müzakirə edəcək və bu məsələ ilə bağlı beynəlxalq təşəbbüsü davam etdirəcək”.

 

Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva