Mbappe o hərəkətinə görə üzr istəyib

Bölmə: Dünya › ,
Tarix: 21:35 14.04.2025

“Alaves”in yarımmüdafiəçisi Antonio Blanko “Real”ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.

 

“İnformator.az” xəbər verir ki, Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib:

 

“Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur”. 

 

Xatırladaq ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib.

 

VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub. 

Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında “Real”dan “Alaves”ə keçib.