17-ci sanksiyalar paketi hazırlanır

Tarix: 22:22 14.04.2025
Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır.
“İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketi mayda Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.