Qəzzaya hücum edən İsrailin hücumlarında ölənlərin sayı 13-ə yüksəldi

Bölmə: Dünya › ,
Tarix: 22:19 14.04.2025

Soyqırımçı İsrail ordusunun bu gün, yəni 14 apreldə Qəzza zolağına endirdiyi hücumlarda həlak olanların sayı, 5-i eyni ailədən olmaqla, 13-ə çatdı.

 

Səhiyyə mənbələrindən alınan məlumata görə, Qəzza şəhərinin şərqində, Qəzza zolağının şimalında yerləşən Tuffah məhəlləsindəki bir evə edilən bombardımanda ölənlərin sayı 6-ya yüksəlib.

 

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunusun şərqindəki Huzə qəsəbəsində bir evi pilotsuz uçuş aparatı (PUA) ilə vurub. Hücum nəticəsində 1 fələstinli həyatını itirib, bir çox insan yaralanıb.

 

Xan Yunusun şərqində yerləşən Fahari qəsəbəsinin Amur məhəlləsində də bir evi İsrail qüvvələri vurub. Bombardıman zamanı 2 fələstinli yaralanıb.

 

Bu səhər Huzə qəsəbəsində vurulan evdə həlak olan 5 nəfərin eyni ailədən olduğu bildirilib.

 

Fələstinin rəsmi xəbər agentliyi WAFA da bu səhər yayımladığı xəbərdə Mevasi bölgəsində hava hücumu nəticəsində 1 nəfərin həyatını itirdiyini açıqlandı.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə