Vens: Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi halda ABŞ Ukrayna ilə bağlı sülh prosesindən çıxacaq

Bölmə: Dünya › ,
Tarix: 19:04 19.05.2025

Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh prosesində iştirakını dayandırmağa hazırdır.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens Romadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

"Biz nəticələr görmək istəyirik. Görmək istədiyimiz ilk vacib nəticə o idi ki, biz Rusiya və Ukraynanın danışıqlar masasına real sülh təklifi qoymasını istəyirdik", - o qeyd edib.

 

Vitse-prezident vurğulayıb ki, sülh nizamlanması üzrə danışıqlarda "bir qədər dalana dirənmiş vəziyyət" yaranıb, lakin Birləşmiş Ştatlar sülhün bərqərar olunması işində tərəfdaş olmağa hazırdır.


"Biz buna son qoymağa çalışacağıq, amma bacara bilməsək, o halda deyəcəyik: "Cəhd etməyə dəyərdi, amma biz artıq bununla məşğul olmayacağıq", - Vens əlavə edib.