Fəxri ad almış mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:09 02.03.2016

Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

İnformator.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”, “Tərəqqi medalı”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Xalq Artisti”, “Xalq Rəssamı”, “Əməkdar Mədəniyyət İşçisi”, “Əməkdar Artist”, “Əməkdar İncəsənət Xadimi”, “Əməkdar Rəssam”, “Əməkdar Jurnalist” fəxri adlarına layiq görülmüş şəxslərə fəxri adların vəsiqə və medalları təqdim olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq Artisti Aftandil İsrafilov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.