Saçı buruq gözəl qız..

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:08 23.05.2017

Güntac Şahməmmədova

Saçı buruq gözəl qız..

Üzündə nur çöhrəsi,
Dodaqlarında gülüş,
Sevgi səndə gizliydi...
Saçı buruq gözəl qız.

Hər kəsin qısqandığı
O gözəl gözlərində
Bütün aləm sirliydi...
Saçı buruq gözəl qız.

Gülüşündən seçirdim, nə demək istəyirsən,
Baxışından bilirdim qəzbli ya, xoşbəxtsən
Ürəyimə toxunan...
Saçı buruq gözəl qız..

Səni hər gördüyümdə
Qəlbim alovlanırdı.
Gülüşünü görməsəm,
ürəyim dağlanırdı.
dünya sanki bir anda qaranlığa boyanır,
hər şey bomboş görünürdü gözümə..
Saçı buruq gözəl qız.

Sənə dediyim hər söz,
Mənə güldüyün hər an,
Ağlımın bir köşəsində qalacaq
Həmişəlik...
Saçı buruq gözəl qız.

Səni qısaqnanları yox etmək,
Baxışlarını ancaq mənə sarı yönəltmək
Gülüşünü görmədən bir anımı keçirmək
istəmirdim...
Saçı buruq gözəl qız.

Son gördüyüm gün səni
yenə çox gözəl idin.
Mənə yaxınlaşanda
Qəlbimin çırpıntısı,
Bir andaca dayandı.
Əlvida dedin...
və getdin...
Aciz qaldı sözlərim...
Arxanda qoyduğun mən,
Bilirsən?
Neçə dəfə ölüb-ölüb dirildim.
Səni yenidən görəcəyim günü
Səbirsizcə gözlədim...
Saçı buruq gözəl qız.