"Marketinq Forumu biznes icması arasında rəqabət imkanlarını stimullaşdırır"-Aydın Hüseynov

Bölmə: MEDİA › ,
Tarix: 15:24 30.05.2024

"Bu gün dünyada keyfiyyətli məhsul və xidmətlər uğrunda rəqabət dərinləşir, şirkətlər daha da irəliyə getmək üçün yeni texnologiyalar, tətbiqlər üzərində çalışır. Azərbaycanın biznes sektoru da bu çağırışlara uyğun işini qurur, dünyanın aparıcı şirkətləri ilə sıx işləyir, yenilikləri öyrənərək tətbiq edir. Bu cür qarşılıqlı imkanların səfərbər olunmasında marketinq işi də xüsusi önəm daşıyır və marketinq icmasının bir yerdə müzakirələrdə iştirakı rəqabətli mal hazırlanmasına öz müsbət təsirini göstərir". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "İnformator.az"-a açıqlamasında bildirib.

 


Millət vəkili qeyd edib ki, Milli Marketinq Forumu ölkəmizdə marketinq sektorunun inkişafında öz töhfəsini verəcək. Bu cür tədbirlər beynəlxalq biznes icmasını bir araya gətirərək rəqabətli məhsul istehsalında qabaqcıl ideyaları ortaya qoyur. Dünyada hiper-rəqabət mühitində fəaliyyət göstərən bizneslərin, eləcə də dövlət qurumlarının fəaliyyətini səmərəli, effektiv təşkil etməyə və bu istiqamətdə baxış bucağımızı dəqiq müəyyənləşdirməyə imkan verən bu platformada Azərbaycanın biznes-marketiqin ailəsi də çox şeyləri mənimsəyir. Eləcə də ölkəmizdə fəaliyyət göstərən yerli və xarici məşhur şirkətlərin top menecerləri, departament rəhbərləri, sahibkarlar, kommunikasiya, marketinq, PR üzrə mütəxxəsis və menecerlər ən yeni texnoloji həllərə çıxış əldə edirlər.

 


A.Hüseynov bildirib: "Marketinq Forum ölkəmizin marketinq və PR sahəsində təmsil olunan mütəxəsisilərin gələcək fəaliyyətlərinin müəyyən edilməsində və yeni trendlərin ortaya qoyulmasında da əlverişli platforma rolunu oyanayacaq".

 

Çinarə Muradova