Donald Trampdan 3-cü Dünya Müharibəsi xəbərdarlığı

Bölmə: Dünya › ,
Tarix: 19:38 27.08.2024

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd Donald Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib. Tramp "Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisində irəliləyirlər. 3-cü Dünya Müharibəsi olacaq" deyib.

"Bütün dünya çaşqınlıq içindədir. Əgər tez bir zamanda bir şey edilməsə, biz 3-cü Dünya Müharibəsi ilə üzləşəcəyik. Bu, nüvə enerjisi və digər mövcud imkanlara görə əvvəlki dünya müharibələri kimi olmayacaq", - Tramp deyib.

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, "Bütün dünya xaos içindədir. Əgər tez bir zamanda bir şey edilməsə, III Dünya Müharibəsi ilə üzləşəcəyik" dedi.

Tramp 2021-ci ilin avqustunda Kabil hava limanında terror aktı nəticəsində həyatını itirən ABŞ əsgərlərinin ailələri ilə Arlinqton Milli Qəbiristanlığında görüşüb və anım mərasimində iştirak edib. Tramp açıqlamasında, “Üç il əvvəl Kəmalə və Baydenin bacarıqsızlığı 13 döyüşçünün ölümünə, yüzlərlə mülki şəxsin öldürülməsinə və ağır yaralanmasına və 85 milyard dollar dəyərində dünyanın ən yaxşı hərbi texnikasının Talibana buraxılmasına səbəb oldu” deyib.

Mənbə: Habertürk
Elnurə Kərimova