Jurnalistlərin təhsil və peşəkarlıq problemi var
Bölmə: MEDİA › ,Tarix: 11:44 16.11.2015
APA-nın fəaliyyətə başlamasının 11 illiyi münasibəti ilə, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızından alınmış müsahibəni yenidən təqdim edirik.
Vüsalə xanım öncə sizi milli mətbuatımızın 140 illiyi münasibəylə təbrik edirik. Azərbaycan mediasının çatışan və çatışmayan cəhətləri hansılardır?
-Deməzdim ki, Azərbaycanın yazılı mediası 140 illik ənənələri tam qoruyur, müəyyən qədər qoruyub saxlayır. Hesab edirəm ki, həm elektron media olaraq televiziyalarımız, həm onlayın (on-line) mediamız region ölkələri arasında kifayət qədər yaxşı bir mövqe nümayiş etdirir. Ən sonuncusu media Azərbaycanda kecirilən ilk Avropa oyunlarının isıqlandırılması, yayılması və eyni zamanda Azərbaycana qarsı olan hucumlara dəqiq və kəsərli cavab verməsi ilə seçildi. Kifayət qədər yüksək mövqe nümayis etdirdi. Bu catişan cəhətlərimizdi. Əlbəttə, çatışmayan cəhətlərimiz də var. Ümumiyyətlə bir sistem varsa, mövcuddursa, inkisaf edirsə, demək çatışmayan cəhətləri də var və çatışmayan cəhətlər aradan qaldırılmaq üçündür. Söhbət təkcə Azərbaycan mediasından getmir. Dünya mediasında hər gün bir yenilik olur. Hər gün innavativ bir irəliləyiş baş verir, hər gün yeni informasiya texnologiyası meydana gəlir və əlbəttə, bizim mediamız da bacardığı qədər, pulu olduğu qədər yeniliklərə adaptasiya edir. Əlbəttə ki, bizim istər peşəkarlıq baxımından, istər resurs baxımından, istərsə də maliyyə baxımından çatışmazlıqlarımız var. Bizim deyəndə, bütün medianı nəzərdə tuturam, o cümlədən bizim holdinqi.
- Basqa hansı çatısmayan cəhətlər var?
Azərbaycan media bazarında reklam qıtlığı var. Bunun obyektiv və subyektiv səbəbi var. Obyektiv səbəbindən biri odur ki, ölkənin reklam bazarı bir o qədər böyük deyil. Ölkə əhalisi çox deyil. Əhalinin az olduğu yerdə reklam az olur. Digər səbəblər də varkı onları acıqlamaq istəmirəm. Amma maliyyə baxımından bizim bu cür belə problemimiz var. Pesakarlıq problemimiz var. Bu gün Azərbaycanda bir neçə xarici dil bilən jurnalisti tapmaq çox çətin məsələdi. Jurnalistlərin təhsil problemləri var. Əlbəttə, BDU başda olmaqla bütün jurnalistika fakültlələri yenilənməyə çalısır, labarotoriyalar, qurumlar onlayın (on-line) medianın təbliğinə, tətbiqinə başlayır, özlərində yeni studiyalar yaradırlar. Bunlar yaxşıdır, amma bizim hələ də dünyanın öndə gedən universitetlerinin jurnalistika fakültələrinin yetişdirdiyi mütəxəssislərlə müqaisə olunmaz böyük fərqimiz var. Bizim jurnalistələrin dil problemi var, xarici dil problemləri.Görünür bu da ondan ibarətdir ki, jurnalistikada məvacib kifayət qədər yüksək deyil, ona görə bir neçə xarici dil bilən jurnalist daha cox maaşı olan özəl şirkətlərə qaçır. Və bu da təbii ki normaldır, hər kəsin haqqıdır. İnsan çox şey biləndə daha çox da qazanmaq istəyir. Amma eyni zamanda medianın çatişmayan cəhərlərindən biri də peşakarlıq problemidi. Bizim jurnalistələrin xaricdə treninqlərdə iştirakına daha çox ehtiyac var. Məsələn, mən onlayın (on-line) mütəxəssisi olaraq deyə bilərəm ki, bizim onlayın mediamızın informativ tərəfinin ciddi problemləri var. Çox ciddi səkildə təhlükəsizlik probləməri var, təminat problemleri var. Serverler, informasiya təhlükəsizliyilə məşğul olan mütəxəssislərlə bağlı problemimiz var. Media yanlız jurnalistlərdən ibarət deyil. Bunun fotorepartyoru, operatoru var və başqa digər işləri görən insanları var. Bunlar çox güclü səviyyədə olmalıdır. Eyni zamanda Azərbaycanda çox ciddi tərcüməçi problemi var. Hər bir sahənin problemləri var və bu problemlərin həlli zaman istəyir. Mən hesab edirəm ki, zamanla inkisaf olduqca onlar yavaş-yavaş aradan qalxacaq.
-Hal-hazırda jurnalistikaya təsadüfi gələnlərin sayı çoxalır. Bu nəylə əlaqədardır?
Bu yaxşı tendensiyadır, pis tendensiya deyil. Əslində onlayn (on-line) media qurumlarının çox olması yaxşıdır. Mən izləyirəm, bizim tələbələrimiz son zamanlar sosial səbəkələrdə birləşib sayt yaradırlar. Xüsusən, jurnalistika fakültələrinin, İncəsənət Universitetinin tələbələri və başqa təhsil ocaqlarının tələbələri bacarıqlarını ortaya qoymağa çalışırlar. Məncə bu bir təşəbbüsdür və hər bir müsbət təşəbbüs alqışlanmalıdır. Əlbəttə, onların arasından yaxşı jurnalistlər də çıxacaq. Jurnalistikaya gələn hər 100 nəfərdən ikisi yaxsı jurnalist ola bilirsə bu kifayət qədər böyük naliyyətdir. Özünü bu sahədə sınayan hər kəsin böyük yazar, jurnalist olacağı deyə bir şey yoxdur. Amma onların arasından 2-3 nəfər çıxırsa mən bunları ciddi uğur hesab edirəm. Ona görə bütün təşəbbüsləri normal qarşılayıram. Hesab edirəm ki, saytlar açılır və daha çox açılacaq. Həm oxucunun, həm də cəmiyyətin bir doyma həddi var.Əgər bir gənc zərərli vərdşlər edəcəyinə 5 yerdən xəbər taparaq onu tərcümə edib sayta qoyursa bu kifayət qədər yaxşı bir işdir. Bu həm onun özünü məlumatlandırır, həm də bu sahəyə əlavə oxucu toplayır. Bundan gözəl nə ola bilər ki.
Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatımızın 140 illiyi ilə bağlı Bakı Dövlət Universitetində keçirilən konfransda iştirak edib. O, Qərb mediasını Azərbaycana qarşı qərəzli mövqedə günahlandırıb. Sizcə bunun kökündə nə durur?
-Mən də o tədbirdə iştirak etmişdim. Qərbin bəzi dairələri və transmilli media I Avropa Oyunlarıyla bağlı Azərbaycana qarşı kifayət qədər ciddi hücumlar etdilər. Və bununla bağlı olaraq APA agentliyi hələ oyunlar başlamamışdan əvvəl böyük bir yazı dərc etmişdi. Orda bu hücumların olacağı ilə bağlı tezislər göstərilmişdi. Nə yazmışdıqsa o da oldu. Bunların baş verməsinə təbii baxmıram. Azərbaycan regionda özünün müstəqil, balanslaşdırılmış siyasi kursunu aparır.Bu da transmilli güclərin xoşuna gəlmir. Ona görə də həmin güclər öz medialarıyla Azərbaycana qarşı hücum siyasəti həyata keçirirdi. Amma mənim çox şad olduğum o oldu ki, ümumilikdə Azərbaycan xalqı buna dəstək vermədi. I Avropa Oyunları bəlkə də indiyədək keçrilən beynəlxalq olimpiyadaların, oyunların arasında yeganə oyun oldu ki, ona qarsı ölkədə bir dənə belə etiraz aksiyası baş vermədi. Bu onu göstərir ki, xalq bu böyük tədbirə müsbət yanaşırdı. O qüvvələr böyük maliyyə vəsaiti ayıraraq Azərbaycan hökümətinə qarşı ciddi hücum təşkil etmişdi. Mən belə hesab edirəm ki, Azərbaycan mediası bu hücumların hamısına kifayət qədər ləyaqətlə cavab verdi.
Azərbaycan mediasi Avropa oyunlarının təbliğinə nə dərəcədə xidmət göstərdi?
-Dediyim kimi mediamız kifayət qədər yaxşı nəticə göstərdi. Dünyanın yüzlərlə media qurumu bizim mediaya, şəxsən bizim APA agentliyinə oyunlarla bağlı istinad edirdilər. Azərbaycan mediası bu oyunların həm işıqlandırılması, həm də Azərbaycana qarşı olan hücumların qarşısının alınmasında kifayət qədər yaxşı xidmət göstərdi. Müəyyən qədər istisnalar oldu, amma bütövlükdə mediamız Avropa Oyunlarının təbliği ilə məşğul oldu və mən hesab edirəm ki, bu belə də olmalı idi. Bu yalnız dövlət qarşısında xidmət deyil, həm də bizim peşəkarlığımızın nümunəsiydi. Gündəm Avropa Oyunları idi, gündəm bizim qızıl medal alan idmançılarımız idi və biz də onlardan xəbər verir, müsahibələr alırdıq. Kifayət qədər gözəl fotosesiyalar hazırlayırdıq və məncə effektli alındı.
Rəhbərlik etdiyiniz “APA Holdinq” medianin 140 illiyi ilə baglı hər hansı bir tədbir keçirəcək?
-Xeyr. Biz Mətbuat Şurasının üzvüyük. Mən özum də idarə heyətinin üzvüyəm və şirkətimizə daxil olan qurumların hamısı Mətbuat Şurasının üzvləridir. Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin mətbuatın 140 illiyiylə bağlı sərəncamı var. Həmin sərəncam əsasında Prezident Administrasıyasının rəhbəri Ramiz Mehdiyevin təsdiq etdiyi tədbirlər planı var və o plan çərçivəsində mənim də bir neçə tədbirdə iştirakım təsdiqlənib. Biz bir Media Holdinq olaraq Mətbuat Şurasının üzvü kimi təşkil olunan tədbirlərdə iştirak edəcəyik. Ümid edirım ki, Prezidentimiz tərəfindən digər jurnalistlər kimi biz də təltif olunacağıq.
Saytımıza nə arzulayırsınız?
-Ugur arzulayıram. Arzu edirəm ki, oxunan saytlardan biri olsun. Dediyim kimi sizin tələbələrin təşəbbüslərini müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bizim nəslin ortaya qoya bilmədiyini gənclər yerinə yetirəcək. Eyni zamanda beynəlxalq media standartlarına uyğun bir sayt kimi fəaliyyət göstərməsini arzulayıram.
Elnur Məmmədzadə-BDU, I kurs tələbəsi