Ənginarın faydaları - elə bir xəstəlik yoxdur ki, xeyri olmasın..
Bölmə: Maraqlı › ,Tarix: 19:54 22.11.2024
Ənginar tarix boyu şəfa mənbəyi olaraq görülmüş və zəngin vitamin, mineral və antioksidantları ilə təbiətin təqdim etdiyi ən unikal tərəvəzlərdən biridir. Qaraciyərdən həzmə, dəri sağlamlığından immunitet sisteminə qədər bir çox sahədə faydalı təsirləri var.
Ənginar qaraciyər sağlamlığını dəstəkləyən və həzmi asanlaşdıran xüsusiyyətləri ilə tanınır.
Ancaq faydalar bununla məhdudlaşmır. Çünki orqanizmin bərpasına kömək edən güclü antioksidanlar, lif və prebiotiklər var. Bu xüsusiyyətləri sayəsində bədən funksiyalarını dəstəkləməklə yanaşı, immuniteti gücləndirir və maddələr mübadiləsini tarazlaşdırır. Əsrlər boyu müalicəvi xüsusiyyətləri ilə seçilən bu bitki müasir həyatın gətirdiyi sağlamlıq problemlərinə qarşı təbii sipər rolunu oynayıb.
Enginarın tərkibində pis xolesterinin (LDL) səviyyəsini aşağı salmağa və yaxşı xolesterinin (HDL) səviyyəsini artırmağa kömək edən təbii birləşmələr var.
Bu təsirlər xüsusilə artishok yarpaqlarında olan sinarin adlı aktiv tərkib hissəsi ilə əlaqədardır. Çünki sinarin qaraciyərin öd istehsalını artırır, yağların və xolesterinin daha effektiv şəkildə metabolizə olunmasına imkan verir. Beləliklə, qanda pis xolesterinin səviyyəsi azalmağa başlasa da, yaxşı xolesterinin səviyyəsi artır.
Ənginar həm də mədə turşusunu balanslaşdıraraq mədə turşusu ilə bağlı pozğunluqları aradan qaldıra bilər. Tərkibindəki inulin adlı prebiotik komponent prebiotikləri qidalandırmağa kömək edir.
Mənbə: Pembe nar
Kəmalə Vəliyeva