“Donald Tramp İranla müharibə istəmir”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 14:03 10.02.2025

ABŞ Prezidenti Donald Tramp İrana tərəflərin şərtlərinə nəzarət edəcəkləri dinc nüvə sazişi bağlamağı təklif edib.

 

Birləşmiş Ştatların lideri bu barədə "Truth Social" sosial şəbəkə hesabında məlumat verib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu “informator.az” a açıqlamasında bildirib ki, ABŞ-nin yeni prezidenti Donald Tramp seçki qabağı açıqlamalarında müharibə istəmədiyini bildirib:

 

"Tramp İranla da müharibə istəmir. Tramp İranın nüvə silahı əldə etməsinin əleyhinədir. O, danışıqlar təklif edir. Yəni, İran sübut etməlidir ki, nüvə silahı əldə etmək istəmir. Amma İranın bu barədə açıqlama etmə ehtimalı azdır. Çünki keçmiş illərdə də İran rəsmiləri, din xadimləri deyirdilər ki, “ Onların nüvə silahı əldə etmək fikirləri yoxdur”. Sonra faktlar əldə olundu ki, İran uranı çox böyük həcmdə zənginləşdirir. Yəni, sülh məqsədi üçün istifadə etmək nəzərdə tutulmayıb. Müəyyən gizli mərkəzlər də aşkar olunub. Ona görə də İrana Amerika və Avropa ölkələrində inam yoxdur. Tramp İranla müharibə istəməsə də, İrana təzyiqi də artıracaq. Artıq İranla neft alqı-satqısı edən ölkələri də xəbərdar edib. Onlara qarşı da sanksiyaları da artıb. Bu səbəbdən də İran dünya dövlətlərinə istədiyi qədər neft sata bilmir. Tramp bu siyasətini davam etdirəcək. Hətta İran prezidenti Məsud Pezeşkianla da görəşə biləcəyini istisna etməyib. Amma İran prezidentinin səlahiyyətləri o qədər də yüksək deyil. İranın Ali Dini Lideri açıqlama verib ki, Amerika ilə heç bir danışıq, razılışma olmamalıdır. Bunun müqabilində Pezeşkian Trampla görüşərsə, yenə də Ali Dini Lider Pezeşkiana mane olmağa çalışacaq”. 

 

Kəmalə Vəliyeva