Məktəb psixoloqlarının təhsildə rolu

Bölmə: Sosial › ,
Tarix: 20:08 10.02.2025

Məktəb psixoloqları şagirdlərin emosional vəziyyətini izləyən, onların problemlərini müəyyən edən və düzgün həll yolları təklif edən vacib mütəxəssislərdir. Onlar siniflərdə müşahidələr aparır, xüsusi seçilmiş uşaqlarla fərdi seanslar keçirir və valideynləri, müəllimləri məlumatlandıraraq hərtərəfli dəstək göstərirlər.

Bəs məktəb psixoloqları hansı əsas çətinliklərlə qarşılaşırlar?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, məktəb psixoloqlarının əsas vəzifəsi həftə ərzində siniflərə daxil olub burada uşaqların emosional vəziyyətini izləmək və eyni zamanda zaman tapdıqca, hər həftə ərzində hər sinifin xüsusi seçilmiş uşağı ilə kiçik də olsa seanslar aparmaq, problemi bəlli etmək, problemlə əlaqəli valideyni və müəllimi məlumatlandırmaqdır:

 

"Məktəb psixoloqları burada hiperaktiv uşaqların çətinlikləri, davranış pozuntuları problemi ilə qarşılaşa bilərlər. Hər bir halda məktəb psixoloqu məlumatlı olmalıdır ki, davranış pozuntusu olan uşağın dərsi pozması və yaxud hiperaktiv uşağın göstərdiyi hansısa dəcəliklər vaxtı necə davranmasına yetəri qədər məlumatlı olmalıdır. Məsələn, müəllim-şagird münasibətində psixoloji problemlər müəllimin şagirdə xüsusi davranışı və eyni zamanda davranış pozuntusu olan,hiperaktiv, dərsi pozmağa çalışan və yaxud özünə qapalı uşaq varsa xüsusi yanaşılmalı, sinifdə heç kəsdən toksik, neqativ şəkildə fərqləndirilməməli, müəyyən şəxsiyyətinə toxunacaq sözlər işlətməməli, hər bir sinifin qayda qanununa təbe etmək üçün o uşağı, müəyyən mənada hər bir uşağa xüsusi tapşırıqlar verilməlidir”.


Mehriban Nəsibova