Unun qiymətinin qalxmasında əsas faktorlar nələrdir?

Tarix: 21:49 20.02.2025
Son vaxtlar Azərbaycan statistik göstəricilərə görə unun qiyməti qalxıb. Ötən illərin statistikasına nəzər yetisək, görərik ki, hər il unun qiymətində artıb müşahidə olunub. 2023-cü ildə 50 kiloqramlıq unun qiyməti 27 manat 25 qəpik , 2024-cü ildə 27 manat 50 qəpik , 2025-ci ildə isə 28 manat 20 qəpik olub.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “informator.az”a açıqlamasında bildirib ki, unun qiymətinin qalxmasının əsas səbəbi daxili faktordur:
“Yəni dünya bazarında buğdanın qiyməti qalxmayıb. 2024-cü ildə buğdanın qiyməti aşağı düşüb. Ümumiyyətlə, dənli bitkilər indeksi dünya ərzaq təşkilatının ərzaq qiymətləri indeksi var. Orada alt indeksi var. O da dənli bitkilər indeksidir. 2024-cü ildə dənli bitkilər indeksinin qiyməti aşağı enib. Əsas buğda onun qiymətin aşağı salıb.
Azərbaycanda unun qiymətinin qalxmasının Azərbaycana məxsus amilləri var:
1. Ötən ilin iyul ayında ölkədə dizel yanacağının və benzinin qiyməti də qalxdı. Bu un istehsalçıların daşıma xərcini artırdı.
2. Bu ilin yanvar ayında işıq və qaz xərci artdı. Un istehsalçıları işıq da, qaz da istifadə edir.
Yanvar ayının 1-dən etibarən hökümət minimum əmək haqqını artırdı. Un istehsalçılarının işçilik xərcini də artırdı. Bunların hamısını dövlət edir.
Ümumiyyətlə, iqtisadiyyatda bir inflansiya var. Bu ümumi inflansiya da un istehsalçısının xərcini artırır. Ölkə ilə bağlı faktorların hamısı un istehsalçısının xərcini artır”.
Kəmalə Vəliyeva