Uşaq yaşda depressiya hallarında artım

Bölmə: Maraqlı › ,
Tarix: 17:31 24.02.2025

Dünya üzrə uşaq depressiyası hallarındakı artımın qlobal bir ruh sağlamlığı böhranının başlanğıcı ola biləcəyi dəyərləndirilir.

 

Qlobal miqyasda uşaqlar və yeniyetmələr arasında psixoloji pozğunluqlar və depressiya göstəricilərində artım müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı (DST) və Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) tərəfindən yayımlanan birgə hesabata görə, dünya üzrə 10-19 yaş arasındakı hər 7 uşaq və yeniyetmədən 1-də narahatlıq, depressiya və ya davranış pozuntuları müşahidə edilir. Böyük şəhərlərdə oyun meydançalarından uzaq yaşayan uşaqlarda narahatlıq və depressiya əlamətləri daha çox görünür.

 

Uşaq yaşda depressiyaya düşən fərdlərdə psixoloji problemlərin yeniyetməlik və yetkinlik dövründə daha da artaraq cəmiyyət üçün sosial problemlərə səbəb olacağından narahatlıq duyulur. DST, uşaq yaşda depressiya hallarının artmasının həm fərdi, həm də ictimai səviyyədə ciddi təsirləri ola biləcəyini vurğulayır.


Haber Turk

Əsmər Bəşirova