Zelenski: ABŞ-la dəyərli mədən müqaviləsi sülh üçün təminat olacaq

Bölmə: Dünya › ,
Tarix: 22:59 26.02.2025

 

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ ilə imzalanacaq dəyərli mədən müqaviləsinin nazirlik səviyyəsində bağlanacağını açıqlayıb. O, cümə günü ABŞ-da Donald Trampla görüşəcəyini bildirib.

 

Zelenski bu gün jurnalistlərə verdiyi açıqlamada, ABŞ ilə imzalanacaq bu müqavilənin daha geniş miqyaslı razılaşmaların bir hissəsi olduğunu və Ukraynaya davamlı və ədalətli sülhün təmin edilməsi üçün təhlükəsizlik zəmanəti verə biləcəyini qeyd edib.

Dövlət başçısı müqavilənin nazirlik səviyyəsində imzalanacağını və parlament təsdiqinə ehtiyac olmadığını vurğulayıb. O, bu sazişin daha geniş bir razılaşma üçün çərçivə rolunu6 oynadığını bildirib. Cümə günü ABŞ-da Prezident Donald Trampla görüşməyə ümid etdiyini də əlavə edib.

 

Ukrayna lideri müqavilə ilə bağlı açıqlamasında, dəyərli mədənlərin ABŞ-a geri ödənəcək bir borc qarşılığında verilmədiyini xüsusi qeyd edib.

 

NTV XƏBƏR

Elnurə Kərimova