Trampın “sömürgə anlaşmasının” detalları sızdı!

Tarix: 22:56 26.02.2025
ABŞ və Ukraynanın, təhlükəsizlik zəmanətləri ehtiva etməyən qiymətli metallar anlaşmasının ümumi şərtləri üzərində razılaşdığı iddia edilir. 28 fevralda imzalanması gözlənilən müqavilə ilə bağlı bir rəsminin verdiyi məlumata görə, Vaşinqtonun Ukraynadakı qiymətli metallardan əldə ediləcək təxminən 500 milyard dollarlıq qazancı hərbi yardımlar müqabilində alacağı ilə bağlı təklif müqavilədə yer almayıb.
Associated Press-ə (AP) adlarının açıqlanmaması şərti ilə danışan 3 yüksək vəzifəli ukraynalı məmur, Kiyev və Vaşinqtonun ölkədəki nadir torpaq elementlərindən əldə edilən gəlirin bölüşdürülməsini nəzərdə tutan müqavilənin maddələri üzərində razılığa gəldiyini iddia edib.
Məmur sözügedən təklifin əvəzinə iki ölkə arasında birgə fond yaradılacağını və Ukraynanın dövlət mülkiyyətində olan mineral, neft və qaz kimi resurslardan əldə edilən gəlirin yarısının bu fonda yatırılacağını iddia edib. Digər tərəfdən, xəbərdə müqavilənin Ukrayna üçün həyati əhəmiyyət daşıyan təhlükəsizlik zəmanətlərini yenə də ehtiva etmədiyi irəli sürülüb.
“Avropanın ehtiyac duyduğu 30 kritik xammalın 21-i Ukrayna tərəfindən qazan-qazan ortaqlığı ilə təmin oluna bilər", ifadəsini işlədən Sejourne, Avropanın hər iki tərəfə fayda gətirməyəcək bir müqavilə təklif etməyəcəyini müdafiə edib.
Haberler.com
Aygün Babayeva