Azərbaycanın enerji resursları diplomatiyası

Tarix: 22:48 26.02.2025
Enerji diplomatiyası, Azərbaycanın beynəlxalq siyasətində və iqtisadiyyatında mühüm rol oynayır. Əsasən, Xəzər dənizinin enerji ehtiyyatları, strateji mövqeyi və ölkəmizin beynəlxalq arenadakı fəallığı, Azərbaycanın enerji siyasətinin böyük hissəsini təşkil edir. Bu siyasət, sadəcə neft və qazın tədarükünü təşkil etmir, həm də qlobal enerji təhlükəsizliyində və beynəlxalq ticarətdə Azərbaycanın rolu ilə əlaqədar əhəmiyyətli təsirlər yaradır.
Azərbaycanın enerji diplomatiyasının başlıca məqsədindən biri, enerji tədarükünün müxtəlif yollarla həyata keçirilməsidir. Bu sahədə ən mühüm layihə Cənub Qaz Dəhlizidir. Bu layihə, Azərbaycanın qazını Avropaya daşıyan bir neçə kəmərdən ibarətdir. TANAP (Trans- Anadolu Qaz Boru kəməri) və TAP (Trans- Adriatik Qaz Boru kəməri) bu layihənin əsas hissələridir. TANAP, avropaya qazın çatdırılması üçün TAP ilə birləşir. Bu layihələr sahəsində Azərbaycan qazını daha geniş bazarlara, əsasən Avropa ölkələrinə nəql edir. Türkiyə ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq mövcuddur, xüsusilə enerji sahəsində. Azərbaycan və Türkiyə arasındakı enerji əməkdaşlığı çox mühümdür və hər iki ölkə üçün strateji əhəmiyyətlidir. Azərbaycanın qazını Türkiyə üzərindən Avropaya daşıyan TANAP layihəsi enerji əməkdaşlığının əsasını təşkil edir. Bu əməkdaşlıq,hər iki ölkənin enerji təhlükəsizliyini artırır və beynəlxalq enerji bazarında mövqelərini gücləndirir.
Azərbaycan və Rusiya arasında enerji sahəsində əməkdaşlıq da mühüm rol oynayır. Həmin əlaqələr hər iki ölkənin enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, bununla yanaşı iqtisadi inkişafı dəstəkləmək məqsədi də güdür. Azərbaycan və Rusiya arasında enerji əməkdaşlığı, neft, qaz və elektrik sahələrində mövcuddur.
Xəzər dənizindəki enerji resursları,Azərbaycan və Rusiya üçün olduqca vacibdir. Hər iki ölkə birgə bu resurslardan istifadə etmək və paylaşmaq üçün əməkdaşlıq edirlər. Enerji diplomatiyasının uğurları ilə yanaşı, Azərbaycanın qarşısında bir sıra çətinliklərdə mövcuddur. Xüsusilə, Rusiyanın və Qərbin enerji bazarlarında hər iki tərəfin rəqabəti ölkənin enerji diplomatiyasına təsir edə bilər. Azərbaycan Rusiya ilə enerji sahəsində əməkdaşlıq edir amma eyni zamanda, Rusiya ilə bəzi rəqabətlər də mövcuddur. Ölkəmiz enerjisini satarkən, bir çox ölkələr arasında balans qurmağa çalışır.
Azərbaycan, enerji təhlükəsizliyi və enerji siyasətinin inkişafı sahəsində Beynəlxalq Enerji Agentliyi (IEA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) və digər təşkilatlar ilə əməkdaşlıq həyata keçirir. Bunlarla yanaşı, ölkəmiz, beynəlxalq şirkətlərlə texnoloji əməkdaşlıq edir, xüsusən neft və qaz sahəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilir.
Azərbaycan, dünyanın tanınmış neft şirkətləri ilə işləyir. BP, ExxonMobil və Chevron kimi şirkətlərlə birlikdə, Azərbaycanın neft yataqlarından hasilat həyata keçirilir. Bu əməkdaşlıqlar, ölkəyə yeni texnologiyalar və təcrübələr gətirir. Enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması, Azərbaycanın ətraf ölkələrə, xüsusən də Avropaya olan təsirini artırır. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyi üçün vacibdir və bu ölkənin geosiyasi mövqeyini möhkəmləndirir. Enerji diplomatiyasının geosiyası təsiri həm də regionda sabitliyi təmin edir. Azərbaycanın enerji siyasəti, Xəzər və Qafqaz bölgəsindəki digər ölkələrə təsir edir və ölkəni regionda strateji mövqeyə gətirir. Azərbaycan, Bakı-Tbilisi-Ceyhan kimi mühüm tranzit layihələrdə iştirak edir. Eyni zamanda, enerji sahəsində regional və qlobal əməkdaşlıqlarını inkişaf etdirir, ekoloji standartlara uyğun enerji istehsalını artırır. Bu siyasət, Azərbaycanı dünya enerji bazarında mühüm oyunçuya çevirir.
Azərbaycanın enerji diplomatiyasının bir digər sahəsi ,ekoloji dayanıqlı enerji istehsalına yönəlmiş addımlardır. Bu məqsədlə ölkəmiz bir neçə mühüm addımlar atır. Ölkəmiz, günəş və külək enerjisindən daha çox istifadə etməyə başlayıb. Əsasən, Azərbaycanın cənub və şimal bölgələrində günəş və külək enerjisi istehsalı üçün daha əlverişli şərait mövcuddur. Bundan əlavə, enerji israfını azaltmaq və daha az enerji istifadə etmək üçün ölkəmizdə yeni texnologiyalar tətbiq olunur. Azərbaycan qlobal istiləşmə ilə mübarizə aparmaq üçün beynəlxalq sazişlərə də qoşulub. Bu addımlar, Azərbaycanın enerji sektorunu daha ekoloji cəhətdən dayanıqlı edir və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini gücləndirir. Ətraf mühitin qorunması və dayanıqlı enerji istehsalı Azərbaycanın enerji diplomatiyasının əsas prioritetlərindən biridir. Bu yanaşmalar, Azərbaycanın enerji istehsalını daha güclü edir və ölkəni ekoloji cəhətdən daha təmiz bir gələcəyə aparır.
Nuranə İsmayılova