HƏMAS cəsədlərini təhvil verəcəyi 4 israilli məhbusun adını açıqlayıb

Bölmə: Dünya › ,
Tarix: 22:35 26.02.2025

 

 

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə verdiyi yazılı açıqlamada Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində cənazələrini bu gecə təslim edəcəkləri 4 israilli məhbusun adını açıqlayıb.

 

 

Əbu Ubeydə deyib: “Qəssam Briqadaları bu gecə Tsahi İdan, Ohad Yahalomi, İtzik Elqarat və Şlomo Mantzur adlı sionist məhbusların cənazələrini çatdırmaq qərarına gəlib”. Fələstinli məhbusların gecə saatlarında sərbəst buraxılacağı gözlənilir. HƏMAS-a bağlı Məhbuslar Media Ofisindən verilən açıqlamada, İsrail tərəfindən buraxılması gözlənilən fələstinli məhbuslar üçün Qəzzanın Xan Yunis şəhərindəki Qəzza-Avropa Xəstəxanasında lazımi hazırlıqların edildiyi bildirilib. Açıqlamada, fələstinli məhbusların yerli vaxtla saat 22:00-00:00 arasında Qəzzaya çatmasının gözlənildiyi bildirilib. İsrail: Böhran həll olundu, razılaşma əldə edildi. Digər tərəfdən, İsrail Baş Nazirliyindən verilən açıqlamada məhbus mübadiləsində böhranın aradan qaldırıldığı və razılığın əldə edildiyi bildirilib. Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində 4 israilli məhbusun cənazəsinin bu gecə mərasimsiz təhvil veriləcəyi qeyd edilib.

 

“Jerusalem Post” qəzeti İsrail mənbələrinə əsaslanan xəbərində 4 israilli məhbusun cəsədinin bu gecə yerli vaxtla saat 23:00-da (UTC 00:00) Qəzza zolağından çıxarılacağını bildirib. İsrail fələstinli məhbusların azad edilməsini dayandırıb. HƏMAS əsir mübadiləsinin yeddinci raundu çərçivəsində Qəzza zolağında saxlanılan 6 israilli məhbusu azad edib. HƏMAS israilli məhbusları azad etsə də, İsrailin fələstinli məhbusları azad etməsinin Netanyahunun keçirəcəyi “təhlükəsizlik məsləhəti toplantısının qərarından asılı olduğu” qeyd edilib. İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən təhlükəsizliklə bağlı məsləhətləşmə toplantısından sonra verdiyi açıqlamada, "İsrailli məhbusları aşağılayan və təbliğat məqsədilə istifadə edən mərasimlər" səbəbilə fələstinli məhbusların azadlığa buraxılmasının dayandırıldığı bildirilib. HƏMAS İsrailin azad ediləcəyi məhbusların adlarını manipulyasiya etməyə çalışdığını və razılaşmanı açıq şəkildə pozduğunu bəyan edərək, vasitəçilərə və beynəlxalq ictimaiyyətə razılaşmanın yerinə yetirilməsi və məhbusların gecikmədən azad edilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

 

TRT XƏBƏR

Türkanə Meşədiyeva