Tramp ABŞ vətəndaşlığı verən “qızıl kart” satışına başlayır

Bölmə: Dünya › ,
Tarix: 22:53 26.02.2025

ABŞ Prezidenti Donald Tramp, xarici investorlara yaşayış icazəsi və vətəndaşlıq verəcək “qızıl kart” proqramını elan edib. Kartın qiyməti 5 milyon dollar (182 milyon manat) olacaq və varlı şəxslərin bu kartı alaraq ABŞ-yə gələcəyi bildirilib.

 

Varlı şəxslərin bu kartı almaqla ABŞ-yə gələcəyini vurğulayan Tramp, onların çox pul xərcləyəcəyini, çox vergi ödəyəcəyini və çox sayda iş yeri yaradacağını qeyd edib. O, bunun son dərəcə uğurlu olacağını düşündüklərini bildirib və proqramın növbəti iki həftə ərzində təqdim ediləcəyini açıqlayıb.

 

Ticarət naziri Hovard Lutnik isə EB-5 investor vizasını “mənasız” adlandıraraq, bunun yaşıl kartı (Green Card) ucuz qiymətə əldə etməyin bir yolu olduğunu iddia edib. O, EB-5 proqramının ləğv ediləcəyini və bunun əvəzinə Trampın “qızıl kart” proqramını gətirmək istədiyini vurğulayıb.

 

Lutnik qeyd edib ki, “qızıl kart” alacaq şəxslər mütləq yoxlamadan keçməlidirlər. “Onların qlobal səviyyədə nüfuzlu vətəndaşlar olduqlarına əmin olmaq üçün ABŞ-yə gələ biləcəklər”, – deyə o bildirib. Lutnik əlavə edib ki, o, Kanadanı “51-ci ştat” adlandırır və bir çox başqa ölkələrin bu proqramı tətbiq etdiyini qeyd edib.

 

Yaşıl kart (Green Card) sahibinə ABŞ-də daimi yaşamaq və işləmək hüququ verir. ABŞ-də investor miqrantlar üçün nəzərdə tutulmuş EB-5 viza proqramı isə müəyyən məbləğdə investisiya qoymaq və iş yerləri yaratmaq yolu ilə yaşıl kart almağa imkan yaradır.

 

Haberler.com

Aygün Babayeva