Ədəbiyyat, yoxsa terror?

Tarix: 23:12 26.02.2025
Ədəbiyyat cəmiyyətin güzgüsüdür. Ədəbiyyat oxumayan insan maarifçi düşüncələrə sahib ola bilməz.
Ədəbiyyat əsərdəki hadisələrə baxıb dərs çıxarmağımıza, həmçinin mənəvi dəyərlərimizi qorumağımıza kömək edir.
Ancaq bəzən ədəbiyyat adı altında elə əsərlər yazılır ki, onlar tamamilə terroru təbliğ edir və insanları da buna təşviq edir. Erməni yazıçısı Zori Balayan erməni milliyətçiliyinin təbliği, erməni terrorçuluğu ilə bağlı tarixin saxtalaşdıraraq bir çox kitablar yazıb. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini, nədənsə, etiraf etməkdən çəkinməyiblər..
Ötən əsrin 80-ci illərində Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri türklərə qarşı müharibəyə çağırdı və bu münaqişələri də məhz onlar törədirdi. 1988-ci ildə soydaşlarımız Ermənistan adlanan, ancaq əslində türklərin dədə-baba yurdu olan yerlərdən zorla köçürüldü. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü, körpələr qurd-quşa yem oldu. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı "Əsrin faciəsi" adlandırıldı.
Zori Balayanın internetdə yayımlanan ürpərdici məlumatları isə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması" adlı bir kitab yazıb.
Ruhumuzun canlanması, səhifə 260-262:
“Biz Xaçaturla işğal olunan evlərdən birinə girəndə bizim əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladılar. Uşaq qışqırmasın deyə Xaçatur anasının kəsilən sinəsini onun ağzına soxdu. Yavaşca uşağa yaxınlaşaraq mən başladım qarnının üst dərisini soymağa, sonra baş və sinəsini.. Saatıma baxdım, 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü .. Xalqımın qisasının 1%-i aldığım üçün qürur duyurdum. Daha sonra Xaçatur ölən türk uşağının cəsədini hissə-hissə doğradı və bunu 3 türk uşağına daha etdi. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.
Ədəbiyyatda terroru təbliğ edən yalnız Zori Balayan deyildi. Ancaq onlar terrorçuluğu nə qədər təbliğ etsələr də, haqq deyilən bir anlayış var. İstər “Böyük Ermənistan” xəstəliyinə tutulan B.İşxanyanın, istər M.Şaqinyanın, istər H.Tumanyanın, D.Xeyriyanın terrora təşfiq edən əsərləri olsun, yenə də gerçək bəllidir. Bütün dünya onların "bacılarının" köməkləri ilə necə amansız faciələr törətdiyini bilir. Bunun üçün də başda Milli Qəhrəman Çingiz Mustafayev, Salatın Əsgərova olmaqla törədilən faciələri bütün dünyaya tanıdan jurnalistlərin ruhu şad olsun!
Həqiqətən də, tarixi arxivlərdə sənəd axtarmağa, nəyi isə sübut etməyə heç lüzum yoxdur. Yeni əsrimizdə ermənilərin öz etiraflarına diqqətlə fikir versək, onların soyqırımı törətməyə vərdiş etdikləri və bu dəhşətdən xəcalət çəkmədikləri bir daha aydın olur.
A.S.Puşkinin də dediyi kimi: Sən kölə, sən oğru, sən ermənisən!
Fatimə Şahverdiyeva