Tramp deyib ki, Zelenski cümə günü ABŞ-də “çox böyük saziş” imzalayacaq

Bölmə: Dünya › ,
Tarix: 22:32 26.02.2025

Donald Tramp deyib ki, Ukrayna prezidenti Zelenski Cümə günü ABŞ-də “çox böyük saziş” imzalayacaq. ABŞ və Ukrayna ABŞ - nin keçmiş yardımı , bəlkə də , təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın mineral sərvətlərinin bölüşdürülməsinə dair razılaşmanı müzakirə edir. "Biz pulumuzu geri alacağımız barədə razılaşma əldə edə bildik və gələcəkdə çoxlu pul qazanacağıq",- dedi.

 

Tramp əlavə edir: "Ən əsası, biz Rusiya və Ukrayna ilə insanların öldürülməsini dayandırmaq üçün müqavilə bağlayacağıq".

Daha əvvəl Zelenski Ukrayna ilə ABŞ arasında mineral sövdələşmədə hələlik heç bir təhlükəsizlik zəmanətinin olmadığını deyib.
“Ukraynanın təhlükəsizliyinə zəmanət vermək istəyirdim və onun orada olması vacibdir", - Zelenski deyib.

Tramp deyir ki, təhlükəsizlik zəmanəti torpaqda işləyən amerikalılar olacaq: “Biz orada olanda heç kim bizim xalqla qarışmayacaq”.

 

Mənbə:BBC News
Asiman Vəliyeva