Cengiz Kurtoğluna həbs cəzası istənilir

Bölmə: Sosial › , Mədəniyyət › ,
Tarix: 16:28 06.06.2023

Mustafa Can adlı şəxsə xəsarət yetirdiyi iddia edilən sənətçi Cengiz Kurtoğlu "yaralamaq" və "təhqir etmək" ittihamı iə üz-üzədir.
 
İnformator.az "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, məhkəmə tərəfindən sənətçiyə sonuncu dəfə vaxt verilib. Keçirilən məhkəmə prosesində müttəhim Cengiz Kurtoğlu iştirak etməsə də, şikayətçi Mustafa Can və hər iki tərəfin vəkilləri iştirak edib.
 
İclasda çıxış edən şikayətçi şəxs Tolqa Yüce adlı sənətçinin tədbirdən əvvəl onu ad gününə dəvət etdiyini bildirib.
 
Həmin vaxt müttəhim Kurtoğlunun yumruqlar vurduğunu və dişlərini sıxdığını deyən şikayətçi Can müğənnidən şikayətçi olduğunu dilə gətirib.
 
 
Vəkilə müvəkkili Cengiz Kurtoğlunu hazırlaması üçün son dəfə vaxt verilməsinə və şikayətçinin üzündə qalıcı çapıq olub-olmadığına dair protokol tərtib edilməsinə qərar verilərək məhkəmə təxirə salınıb.
 
Qeyd edək ki, iddianamədə şübhəli bilinən Cengiz Kurtoğlunun "sadə xəsarət" maddəsi ilə 4 aydan 1 ilə, "təhqir" maddəsi ilə 3 aydan 2 ilə qədər, cəmi 7 aydan 3 ilədək həbsi istənilib.