Hollivud ulduzları Trampın seçki reklamında kino kliplərindən istifadəsini pislədi
Bölmə: Sosial › , Mədəniyyət › ,Tarix: 12:20 12.06.2023
Hollivud ulduzları Ben Afflek və Mett Deymon ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki reklamında yeni “Aİr” filmindən istifadəsini pisləyiblər.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Deymon və Afflek filmin prodüseri Artists Equity vasitəsilə Trampın seçki reklamında öz səslərini və cizgilərini istifadə etməsinə razı olmadıqlarını bildiriblər.
Şirkətin sosial media hesabında "Twitter"də paylaşılan "Trampın kampaniyasında siyasi reklam və ya başqa məqsədlər üçün "Air" filmindən hər hansı görüntü və ya audionun istifadəsi barədə əvvəlcədən məlumatımız yox idi. Biz bu istifadəyə icazə vermirik, təsdiq etmirik və dəstəkləmirik" deyə bildiriblər.
ABŞ-da şirkətin müəllif hüquqları ilə bağlı hüquqlarına istinad edilərək, filmin heç bir materialının Trampın kampaniyasında istifadəsinə icazə verilmədiyi vurğulanıb.
Qeyd edək ki, Donald Tramp iyunun 10-da sosial media platforması Truth Social-da "Air"dən bəzi sətirləri "Amerikanı yenidən möhtəşəm et" sətirindən istifadə etdiyi seçki videosunu paylaşıb.