Beyons İsveçdə konsert verdi, inflyasiya yüksəldi

Bölmə: Sosial › , Mədəniyyət › ,
Tarix: 22:32 16.06.2023

Dünya ulduzu Beyons "Renessans" adlı dünya turu çərçivəsində İsveçin Stokholm şəhərində konsert verib. Beyonsun ölkədə inflyasiyanın artmasına səbəb olduğu iddia edilir.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, Renessans adlı dünya turu çərçivəsində İsveçin Stokholm şəhərində konsert verən Beyonsun ölkədə inflyasiyanın artmasına səbəb olduğu iddia edilir. "Kraliça" ləqəbli pop musiqi sənətçisi Beyons 7 ildən sonra dünya turuna çıxıb. Məşhur müğənninin ilk dayanacağı İsveçin Stokholm şəhəri olub.

 

Müğənninin İsveçdəki konserti restoran qiymətlərinin artmasına və otellərə tələbatın artmasına səbəb olub. İsveçdə inflyasiya may ayında gözləntiləri aşaraq 9,7 faizə çatıb. Apreldə 10,5 faiz olan inflyasiyanın may ayında 9,4 faizə enəcəyi proqnozlaşdırılırdı.

 

Otel və restoran qiymətlərindəki artımın inflyasiya rəqəminin gözləniləndən daha yüksək olmasına səbəb olduğu düşünülür.