Taylor Svift Meqan Marklın dəvətini rədd etdi
Bölmə: Sosial › , Mədəniyyət › ,Tarix: 17:32 25.06.2023
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da yeni həyata başlayan Şahzadə Harri və Meqan Marklın məşhur musiqi platforması Spotify ilə razılaşmasının müddəti bitdikdən sonra Taylor Sviftin Marklın şəxsi dəvətini rədd etdiyi məlum olub.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, bir müddətdir ləğv edilən layihələr ilə gündəmdə olan Şahzadə Harri və Meqan Markl bir müddət əvvəl Spotify ilə anlaşmalarını bitirib. Spotify-ın icraçı direktoru və podkast paylaşımçısı Bill Simmons müqavilə başa çatdıqdan sonra cütlük haqqında bunları deyib:
"Kaş Meqan və Harrinin Spotify ilə yollarını ayırmaq üçün söhbətinin bir hissəsi olaydım. Fırıldaqçılar!". "Podkast ideyasını yaratmağa kömək etmək üçün Harri ilə Zoom hekayəsini danışmaq üçün sərxoş olmalıydım. Bu, mənim ən yaxşı hekayələrimdən biridir. Lənət olsun fırıldaqçılar", - deyə Simmons əlavə edib.
Bir neçə gün sonra dünya şöhrətli müğənni Taylor Sviftin Markldan şəxsi məktub almasına baxmayaraq, podkastda çıxış etmək dəvətini rədd etdiyi iddia edilib. Wall Street Journal xəbər verir ki, Meqan Markl pop müğənnisindən öz podkastında görünməsini xahiş etsə də Svift öz nümayəndəsi vasitəsilə dəvəti qəbul etməyib.
İddialara görə, cütlük daha uyğun bir platforma və ortaqlıq axtarışıdadırlar. Məlumdur ki, cütlüyün Spotify ilə müqaviləsi 25 milyon dollar civarındadır.
Qeyd edək ki, Markl podkastlarında Serena Villiams və Meri Keri kimi tanınmışları qonaq edib və qadın rolları haqqında müzakirələr aparıb.