Radioyayım şəbəkəsinin genişləndirilməsi üçün 13,7 milyon manat ayrıldı

Bölmə: MEDİA › ,
Tarix: 21:51 26.07.2023

Respublika ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamı ilə 13,7 milyon manat vəsait ayrılıb.

 

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov bildirib ki, ölkədə mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması eləcə də radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi baxımından mühim layihələr icra olunacaq:

 

“Lahiyənin icrası nəticəsində artıq bir çox kanallar bütün ərazini kəsintisiz şəkildə əhatə edəcək. Layihə 15 stansiya üçün nəzərdə tutulub, onlardan 3-ü Naxçıvanda fəaliyyət göstərəcək. Qarabağ ərazisində də FM kanalların sayını, əhatə dairəsini artırırıq. Artıq FM kanallar da yerlərdə reklam bazarını geniş istifadə edə biləcək”. Qurum rəsmisi layihəni ən yaxın zamanda, ilin sonuna qədər bitirməyə çalışacaqlarını d bildirib.

 

Rahim