''AVROPA İTTİFAQININ AZƏRBAYCANA DAHA ÇOX EHTİYACI VAR''-MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Bölmə: Siyasət › ,
Tarix: 21:13 31.10.2023

Avropa İttifaqına üzv olan bəzi ölkələr təşkilatla Azərbaycan arasında əlaqələrə zərbə vurur. Bu məsələdə isə uduzan rəsmi Bakı olmayacaq, çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Bu halda əlaqələrin pozulması yalnız Avropa ittifaqına təsir edə bilər.

 

 

INFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, Azərbaycan Avropa ittifaqına üzv olan dövlətlərin 3/1 - i ilə ayrı-ayrılıqda staretji əməkdalıq edir. Eyni zamanda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Hazırda dünyada yaşanan qarşıdurmalar, aparılan müharibələr fonunda Xəzəryanı dövlətlər o cümlədən Azərbyacan təbii qaz , bərpa olunan və yaşıl enerjinin Avropaya ixrac edilməsi üçün böyük layihələr reallaşdırır. İrimiqyaslı layihələrdən Cənub Qaz dəhlizini göstərmək kifayət edir ki, Avropa ittifaqına üzv olan ölkələr üçün Azərbaycanın vacibliyini anlayasan. Bəs Avropa İttifaqı Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? Siyasi şərhçilərin fikirincə, "Avropa ittifaqı keçmiş Qarabağ münaqişəninin həllində Azərbaycana yardım etmək imkanına malik olsalar da bunu bacarmadılar. Azərbaycan özü münaqişəyə son qoyub.

 

 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edir ki,
"Avropa İttifaqının Azərbaycana daha çox ehtiyacı var. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjiyə daha çox ehtiyacı var və şərqlə qərb arasında orta dəhlizin formalaşması Avropaya yüklərin daşınması artıq Azərbaycanın üzərində həyata keçiriləcək".