HİNDİSTAN SON ZAMANLAR ERMƏNİSTANLA ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİB
Bölmə: Siyasət › ,Tarix: 21:25 31.10.2023
Son zamanlar Ermənistanla əməkdaşlığı gücləndirən dövlətlərdən biri də Hindistandır. Rəsmi Dehli məğlub İrəvan ordusunu dirçəltmək üçün yenidən silah-sursat tədarük etməyi planlaşdırır. 2 ölkənin hərbçiləri arasında tez-tez təmasların olması onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.
İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, Hindistan Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etmək istəyir. Bununla bağlı Ermənistanın rəsmisi Nyu-Dehlidə olub və danışıqlar aparıb. Bu dəfəki sursatların ötən il 20 milyard rupi dəyərindəki müqavilə əsasında keçiriləcəyi bildirilir. Bundan əvvəl Hindistan Ermənistana "Pinaka" reaktiv yaylım atəşi sistemləri və ilk dəfə xaricə satılan MLRS raket kompleksi, həmçinin tank əleyhinə raket və sursatlar yollayıb. Silahlar təyinat nöqtəsinə İrandan keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb. 44 günlük müharibədən sonra rəsmi İrəvanla Dehli arasında hərbi-strateji əməkdaşlıq sıx hal alıb. Ermənistana satılan sursatlar arasında Hindistanın NATO standartlarına uyğun istehsal etdiyi raketlər də yer alır. Ermənistanın Rusiyaya məxsus hərbi texnikaları Hindistan və Fransa silahları ilə əvəz etməsi də xüsusilə diqqət çəkir.
Hərbi ekspert Telman Qasımov qeyd edir ki, "bunlar maraqlanıblar burada yeni haubisalar, adaks bax bu toplardır ki, texniki baxımdan göstəricilərinə görə bunlar da müəyyən qədər Rusiyanın istehsal etdiyi toplar, haubitsalarla müqayisədə üstünlükləri çoxdur. Çalışırlar ki, Rusiya ilə bağladıqları 400 milyonluq anlaşmanı əldə etmədikdən sonra alternativ hərbi əməkdaşlıq ilə bağlı əlaqələr qurulsun".