"Bu günə kimi Ermənistana kifayət qədər jestlər edilib, lakin heç birini dəyərləndirməyib" -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 22:29 01.11.2023
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə biləcəyi haqqında çıxış edib. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var və bu prinsiplərə əməl olunduğu zaman sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər. Bəs Nikol Paşinyanın bu çıxışı Azərbaycan və Ermənistan münasibətlərinə necə təsir edəcək? Bu haqda politoloq Yeganə Hacıyeva ilə həmsöhbət olduq.
Politoloq Yeganə Hacıyeva bildirib ki, Nikol Paşinyanın təqdim etdiyi 3 əsas prinsipli razılaşma mövcuddur kimi fikirləri Ermənistan tərəfinin növbəti aventürasıdır.
"Çünki bu mövzunun müzakirə üçün görüşlər belə təşkil edilməyib. Nikol Paşinyan belə növbəti dəfə Ermənistan ictimaiyyətini aldadır. Təkcə Ermənistan cəmiyyətini deyil, mövcud olmayan razılaşma ilə bağlı beynəlxalq ictimayyəti də aldadır. Həmçinin, razılaşmaya gedə bilərik mövqeyi və primitiv cəhdlə Azərbaycanı şirnikləndirməyə sövq edir. Paşinyanın “razılaşması” haqqında bu dəhlizlərin kəsişməsi arzu və istəyi var ki, nə Azərbaycan, nə də diğər region və qonşu ölkələr öz mövcud və perspektiv kommunikasiyalarının hesabına Ermənistana hər hansı bir jest etmək arzusunda və ya məcburiyyətində deyil. Bu günə kimi Ermənistana kifayət qədər jestlər edilib, lakin heç birini dəyərləndirməyib. Ermənistanla danışılarda vacib olan əsas məsələmizi biz artıq həll etmişik. Yəni, Ermənistanın bizi şantaj və sabotaj edə biləcəyi əsas məsələlərin böyük əksəriyyətini həll etməyə müvəffəq olmuşuq".
Politoloq qeyd edib ki, yerdə qalan bir neçə kəndin müzakirəsi qalıb ki, bu yaxın vaxtlarda həll olunacaq.
"Delimidasiya və demarkasiya məsələsini isə Azərbaycan onu təktərəfli qaydada aparıb. Kommunikasiya məsələsinə gəlincə, istər şərq və şimal-cənub kolidorlarına, istərsə də orta kolidorlarda mövcud layihələr həyata keçirir. Perspektivdə bir neçə addımlar ola bilər ki, o da Ermənistanın adekvat yanaşmasından asılıdır. Lakin bu adekvat yanaşmanı Ermənistan tərəfindən görmürük. Nikol Paşinyanın parlamentdəki çıxışında qeyd etdiyi Azərbaycan ilə razılaşdırılmış 3 prinsip təklifinin içində də bəhs edilir ki, Ermənistan üçün əsas prespektiv kolidorların onun ölkəsində kəsişmə perspektividir. Bu da çox gülünc xülyadır. Çünki heç bir ölkə öz mövcud kommunikasiyasını Ermənistanın xeyri üçün yeni bir yol, kommunikasiya açacağına inanmıram. Ona görə Nikol Paşinyan artıq fərq edir ki, məsələ onlardan kənarda irəliləyir".
Fatimə Mustafayeva