Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi-Hesabat təqdimatı baş tutdu
Bölmə: Siyasət › ,Tarix: 22:14 01.11.2023
“Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha bir hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı video material da hazırlanıb”.
Arb-nin xəbərinə görə bu sözləri açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva söyləyib. Onun sözlərinə görə;
“Müxtəlif mövzuları əhatə etməklə azərbaycanlılara qarşı mina terroru, Bərdə, Gəncəyə raket hücumlarının nəticələri, mədəni irsimizin dağıdılması, bizim qəbiristanlığımızda aparılan dağıntılar və bir çox müharibə cinayətləri haqqında ümumilikdə bu günə qədər 16 hesabat hazırlanıb”.
Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov isə deyir ki;
“Azərbaycan tərəfi car ilin yanvar ayının 23-də Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazisinin təxminən 30 illik qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından, doğma yurdlarından qovulması, soyqırımları və digər bəşəriyyətə qarşı cinaytələrin törədilməsi və bununla həmin ərazilərin etnik təmizlənməsi və bundan irəli gələn digər cinayətlərlə bağlı minlərlə səhifəlik dəlilləri özündə əhatə edən əsas iddiasını beynəlxalq ədalət məhkəməsinə təqdim edib”.
Baş Prokurorun müavini Elmar Camalovun sözlərinə əsasən;
“1988-ci ildən başlayaraq birinci Qarabağ müharibəsi dövründə qanunsuz erməni silahlı hərbi birləşmələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində yaşayan, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən didərgin salınması, yaşayış məntəqləri və dövlət obyektlərində mülkiyyətin talanması və dağıdılması, azərbaycanlı əsrlərə və girovlara qarşı işgəncələr verilməsi, onların bir qismin öldürülməsi və şikəst edilməsi habelə ermənilərin törətdikləri adam öldürmə, təxribat, terrorizm və xüsusi ilə ağır cinayət hadisələri ilə əlaqədar müvafiq maddələr üzrə cinayət işləri istintaq aparılmaqdadır”.
Qurum rəsmisi onu da bildirdi ki, Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət çağırışlarından imtina etməlidir.
NƏRGİZ