Qarabağda aşkarlanan minalar-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:41 01.11.2023

“Azərbaycan ərazisində basdırılan minaların mütləq əksəriyyəti ermənistanda istehsal olunub. Onun çoxu isə 2021-ci ilə aiddir. Yəni müharibədən sonraki dövrdə də olub”.

 

Bu sözləri Arb xəbərə açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov söyləyib. Onun sözlərinə görə, bu məsələyə beynəlxalq təşkilatlarda qiymət verməlidirlər.

 

“Digər bir məsələ isə ermənilərin buradan çıxarılarkən bu avadanlıqları sıradan çıxartması məsələsidir ki, bunuda əlbəttə ermənilərin məqsədli şəkildə ediblər. Və Azərbaycana qarşı təxribat kimi bu qiymətləndirilməlidir”.

 

Politoloq Zaur Məmmədov isə deyir ki, Qarabağa gələcəkdə köçəcək yerli Azərbaycan ərazisinin təhlükəsizliyi nədən ibarət olacaq? Əgər ərazilər çikrlənibsə , əgər ərazilər minalanıbsa..

 

“O vaxt mülki əhalinin köçməsi təhdid altındadır. Digər tərəfdən hər kəsə məlumdur ki, müharibələr zamanı hər ölkələr arasında olsa da mülki əhalini uzaq tutaraq humanitar əsasları əsas tutaraq dövlətlər minalanmış ərazilərin xəritələrini verməlidilər ki, ermənistan tərəfi hələ də bunu etməyib”.

 

SONA