Yəmənin İsrailə müharibə elan etməsi müharibənin gedişatına necə təsir göstərəcək? -AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 23:03 01.11.2023
İsrail ilə Fələstin arasında müharibə hələ də davam edir. Müharibə davam etdiyi halda Yəmən İsrailə qarşı müharibə elan etdiyini bəyan etdi. Hər iki tərəf arasında konfliktin davam etdiyi zaman Yəmənin də bu məsələlərə qarışması müharibənin gedişatına necə təsir edəcək? Mövzu ilə bağlı politoloq Elçin Mirzəbəyli ilə həmsöhbət olduq.
Politoloq Elçin Mirzəbəyli bildirib ki, 2014-cü ildən etibarən Yəməndə hökümət qüvvələri və isyançı husilər arasında qarşıdurma davam edir.
"Bir neçə dəfə qarşıdurmanın dayandırılması istiqamətində müvafiq addımların atılmasa da, perspektivdə heç bir nəticənin olmadığı göz qabağındadır. Sadəcə əsirlərin və girovların dəyişdirilməsi ilə bağlı müvafiq addımlar atılıb. Bəlli olduğu kimi burada yanaşma cəhətindən iki prinsip vardır. Husiləri İran dəstəkləyir və hökümət qüvvələrinin prezidenti Abdrabbuh Mansur Hadinin rəhbərlik etdiyi qüvvələr isə ərəb koalisiyasını müdafiə edir. Hal-hazırda İsrailə də müharibə elan edən tərəf hökümət qüvvələri deyil, əksinə Husilərdir".
Politoloq qeyd edib ki prosesdə İranın rolu olduğu da göz qabağındadır.
"Həmasın Qəzza zolağındakı silahlı qüvvə qruplaşmaları isə İranın siyasi rejimi tərəfindən maaliyyələşdirilən qruplar hesab olunur. Nəticə etibari ilə İsrailə qarşı İranın alt qatdan elan etdiyi müharibə kimi də qiymətləndirilə bilər. Husilərin silah arsenalının nə qədər ciddi olmasına diqqət yetirsək də, davamlı dəstəyin olması İsrailə qarşı və hava hücumu ilə bağlı tətbiq edəcəyi silahların olmadığı qənaətinə gəlirik. Hazırda mövcud bir neçə saatlıq raketlər var ki, İsrailin ərazisinə atılır. Onların da husilərin silah arsenalında genişmiqyaslı olmadığı məlumdur. Prinsip etibarı ilə bu prosesin Husilər tərəfindən davamlı şəkildə irəliyə aparılacağını gözləmirəm".
Fatimə Mustafayeva