ABŞ-IN UKRAYNAYA HƏRBİ YARDIM GÖSTƏRMƏKDƏ MƏQSƏDİ NƏDİR?

Bölmə: Siyasət › ,
Tarix: 20:36 03.11.2023

 Ukrayna üçün təşkil edilən 425 milyon dollarlıq hərbi yardımda Ağ Evin məqsədi nədir?

 

 

Politoloq Natiq Miri hərbi yardımın məqsədini açıqlayıb. Politoloq qeyd edir ki, yardımlar olmasa Ukrayna ordusu tükənə bilər, bu da Rusiyanın istəklərinə nail olması deməkdir.


"Amerika Birləşmiş Ştatlarının maliyyə yardımlarının bir məqsədi Rusiyanın Ukraynadakı təcavüzünü dayandırmaq, işğal olunmuş Ukrayna ərazilərini geri qaytarmaqdır. Bu kontekstdə əsas mübarizə Rusiya-Ukrayna arasında deyil. Ukraynanın məğlubiyyəti, NATO-nun Rusiya qarşısına məğlubiyyəti deməkdir".

 

 

Müsahib bildirir ki, Amerikanın büdcəsi yardım üçün iki hissəyə bölünüb. Bunlardan biri Ukrayna, digəri isə İsrail üçündür. "Bu cür yardımlar Amerikanın iqtisadiyyatına təsir göstərsə də müttəfiqlərini qorumaq üçün sözügedən ölkə buna məcburdur".

 

ÇİNARƏ MURADOVA