"Türk Dövlətləri Təşkilatı qlobal səviyyədə bir güc mərkəzinə çevrilə bilər"-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:32 03.11.2023

Qazaxıstanda Türk Dövlətlər Təşkilatının 10-cu yubiley görüşü keçirilir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə edib. 10-cu Zirvə görüşü ilə bağlı hansı yeni gedişatlar ola bilər? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov ilə həmsöhbət olduq.

 

Politoloq Oqtay Qasımov bildirib ki, bu tədbirin adı məhz görüşdə keçiriləcək mövzular haqqında ehtimallar verir. 

 

"Hal-hazırda bu tədbirin keçirilməsi bugünkü çağırışlara uyğun bir zamanda keçirilir. Dünyada çox ciddi proseslər gedir və faktiki şəkildə dünya nizamına doğru getməkdədir. Bəs Türk Dövlətləri bu çağırışlar qarşısında fəaliyyəti necə təşkil edilməlidir? Bu kimi məsələlər görüş zamanı müzakirə ediləcək. Mən düşünürəm ki, növbəti mərhələlərdə də Türk Dövlətləri Təşkilatının qlobal səviyyədə düz mərkəzində çevrilməsi müzakirə ediləcək".

 

Politoloq qeyd edir ki, gələcək dünyamızda birqütblü yox, çoxqütblü keçid daha real görünür. 

 

"Türk Dövlətləri Təşkilatının həm iqtisadi, siyasi, hərbi, həm də mədəni, coğrafi mövqeyi etibarı ilə global səviyyədə bir güc mərkəzinə çevrilmə imkanına sahibdir. Bu prosesi irəli aparmaq üçün ciddi və sistemli fəaliyyətə, eyni zamanda siyasi iradəyə də ehtiyac var. Mən düşünürəm ki, bugünkü şəraitdə Türk Dövlətlərinin rəhbərliyi ilə şəxslərin əksəriyyətində bu iradə və həzm var. Ona görə mən bu toplantını çox önəmli hesab edirəm və qeyd etdiyimiz istiqamətdə qərarların alınacağına inanıram. Arzulayıram ki, gələcəkdə Türk Dövlətləri Təşkilatı daha sinxron, impressiv və inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərsin. Bir növü Avropa İttifaqına bənzər birliyə çevrilmə istiqamətində addımlar atılsın. Bu məsələnin ciddiyətini bütün türk dövlətləri bilir və bu seçim qarşısında da ən doğru qərarlar alacaqlar. Yəni, türk dövlətlərinin qarşısında iki yol var. Ya resurslardan istifadə edərək dünyada qlobal güclərdən birinə çevrilmək yaxud pərakəndə halda davam edərək digər qlobal güclərin altında fəaliyyət göstərə bilər. Düşünürəm ki, Türk Dövlətləri rəhbərləri məhz birinci yolu seçəcəklər və təşkilatın bir güc mərkəzinə çevrilməsi istiqamətində qərarlar alacaqlar".

 

Fatimə Mustafayeva