Qərbi Azərbaycanda tariximizə aid bir neçə abidə başqa ölkənin abidəsi kimi qeydə alınıb-Nazir müavini:

Bölmə: Siyasət › ,
Tarix: 15:33 06.11.2023

"Ermənistanda 25 mindən çox tarixi abidə qeydə alınıb və siyahıya alınan bir neçə islam abidəsindən heç biri Azərbaycan irsi kimi göstərilməyib".

 

İnformator.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" adlı kitabın II cildinin təqdimatı zamanı mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

 

"Məhv edilən tarixi-mədəni irsimizə görə, Ermənistanı mühakimə etmək hüququmuz var", - nazir müavini əlavə edib.

 

Səadət Yusifova qeyd edib ki, bu kimi dağıdıcılıq hallarına görə beynəlxalq səviyyədə tədqiqatlar aparılmalıdır.

 

Həcər Əmiraslanlı