"DÖVLƏTLƏR ARASINDA MÜNAQİŞƏLƏRİN SƏBƏBKARI ÖZLƏRİNİ "BÖYÜK" ADLANDIRAN DÖVLƏTLƏRDİR"-MÜBARİZ GÖYÜŞLÜ

Bölmə: Siyasət › ,
Tarix: 15:57 06.11.2023

İsrail məktəbdə mülki şəxslərin olduğu yeri bombalayıb. Bu gün 3 xəstəxananı vuran İsrail Qəzzanın şimalında qaçqınların qaldığı Usamə bin Zeyd məktəbini bombalayıb. Çox sayda ölü və yaralı var.

 

 

Bəs böyük dövlətlər bu hadisələrə niyə susur?
Məsələ ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü açıqlama verib:

 

 

"Bu hadisələrin səbəbkarları elə özlərini "böyük" adlandıran dövlətlərdir" fikrini deyən şərhçi əlavə edir ki, dünyada sülh və təhlükəsizliyin mövcudluğundan yana məsul olan dövlətlər bu cür fəlakətli vəziyyətlər yaradır.

 

 

"İsrail-Həmas arasındakı savaşda uşaqların, qadınların, qocaların yaralanıb, öldürülməsinin, mülki yaşayış yerlərinin dağıldılmasının şahidi oluruq. Baş verən bu hadisələr böyük dəhşətdir".

 

 

M.Göyüşlü iddia edir ki, bütün bu hadisələr sülhün bərqərar olması ilə dayandırılsın. "Savaşlar tezliklə dayandırılmalıdır. Biz tam əksini görürük. Böyük dövlətlər silah, sursat sataraq, tərəfləri qızışdıraraq savaşı daha da qıcıqlandırır".

 

ÇİNARƏ MURADOVA