Azərbaycan sərhədlərindən kənarda olan tarixi-mədəni abidələrimizi araşdırmalıyıq-Musa Qasımlı
Bölmə: Siyasət › ,Tarix: 16:02 06.11.2023
"Ermənilər Cənubi Qafqaza gələrkən ilk növbədə tarixi abidələri dağıdıblar. Ona görə biz ölkə sərhədlərimizdən kənarda yerləşən tarixi abidələrimizi də araşdırmalı və onlara sahib çıxmalıyıq".
İnformator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
"Düşünürəm ki, tarixi abidələrimizin tədqiqatı ilə bağlı çap edilmiş kitabları xarici dillərə tərcümə etməli və müxtəlif ölkələrdə həmin kitabların təqdimatını keçirməliyik", - deputat vurğulayıb.
Həcər Əmiraslanlı