YAPONİYA QƏZZA ZOLAĞI ÜÇÜN YARDIM GÖSTƏRƏCƏK
Bölmə: Siyasət › ,Tarix: 16:05 06.11.2023
Politoloq Oqtay Qasımov açıqlamasında bildirib ki, Yaponiya da Qəzza zolağı üçün edilən yardımlara qoşulub.
"İsrail-Həmas savaşı başlayandan sonra Qəzza zolağında ciddi humanitar böhran yaranib. Dinc əhali bu savaşın ən çox zərərçəkən tərəfidir.
Qəzza zolağına beynəlxalq təşkilatlardan, böyük dövlətlərdən yardım edilir. Yaponiya da bu yardıma qoşulub".
Politoloq vurğulayır ki, Yaponiya, adətən, bu tipli məsələlərdə fəallıq edən ölkələrdəndir.
Qeyd edək ki, Yaponiyanın Qəzza zolağına yardımı 65 milyon dollar olacaq.
ÇİNARƏ MURADOVA