Türk birliyi Azərbaycan məsələsi deyil, bu bütün Türk dünyasının məsələsidir" -Natiq Miri
Bölmə: Siyasət › ,Tarix: 16:11 06.11.2023
"Türk birliyi Azərbaycan məsələsi deyil, bu bütün Türk dünyasının məsələsidir" deyə politoloq qeyd edib.
"Dünyanın yenidən şəkilləndiyi, yeni güc mərkəzlərinin yarandığı ərəfədə elə bir məcburiyyətdir ki, hər kəs, yəni bütün türk cümhuriyyətləri bu məsuliyyət daşının altına əlini qoymalıdır. Bu gün ayrı-ayrı təhlükəsizlik çağırışları fonunda ayaqda durmaq çətin məsələdir. Bu cəhətdən mərkəzi Asiyadakı türk Cümhuriyyətləri, eyni zamanda Qafqazda Azərbaycan Türkiyə adına belə bir birliyin təcəssüm etməsi elə güc mərkəzi yarada bilər ki, yaxın zaman çərçivəsində dünyanın hesablaşdığı dünya güc mərkəzlərindən birinə çevrilə bilər. Önəmli türk cümhuriyyətləri, önəmli coğrafiyada geosiyasətin kəsişdiyi nəqliyyat və logistika xəttində yerləşirlər ki, bu gün Mərkəzi Asiya Cənubi Qafqaz və Türkiyənin yerləşdiyi Avrasiyanın göbəyində olan türk dövlətləri ilə normal münasibətlər qurmadan heç bir ölkə özünün geosiyasi və geoiqtisadi maraqlarını təmin elə bilməz. Ona görə də ayrı ayrılıqda deyil, bir yerdə olmaq zamanı gəlib".
N.Miri qeyd edir ki, "bu növbəti sammitində əsas məqsədi tədricən inteqrasiyanı gücləndirməkdən ibarətdir. Ayrıca bu sammitin keçirildiyi çağırılışa fikir vermək lazımdır. Türk əsri çağırışı altında keçirilir bu sammit. Növbəti əsrdə türk etnpsunun vuracağı damğaya işarədir. Bunun üçün bütün məsələlərdə ortaq təsəvvürə malik olmaq lazımdır. Ortaq əlifba, dil, investisya, inkişaf, maliyyə fondlarının yaradılması, təhlükəsizlik, müdafiə hər məsələdə bir olmaq lazımdır. Eyni zamanda çevik qərarlar qəbul edəcək bir mərkəzə çevrilməliyik ki, istənilən zaman bir-birimizi müdafiə, eyni zamanda həm regional, həm də qlobal səviyyədə çevik qərarlar qəbul edə bilək. Bu kontekstdə Özbəkistan prezidentinin gözəl təklifi olub.Türk etnosunun bir xartiyasını yaradaq və bu xartiyada bütün mədəniyyət,ənənələr,türk etnosunun böyüklüyü türk alimləri tərəfindən ensiklopediya şəklində yaradılsın. Bunun içərisinə çevik qərarlar mexanizminin yaradıla bilməsi üçün gündə konkret araşdırmalar və qərarlar verilməsi də nəzərdə tutulur. Bu təkcə Azərbaycan adına deyil, bütün türk dünyası adına ən böyük uğurdur. Bu zirvədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın təklifi olub. Təklif vahid əlifbadır. Bu mütləq bir davranışdır, artıq vahid əlifbadan sonra ortaq dil məsələsi gündəmə gələcək ki, bunu da bütün türk cümhuriyyətlərinin ortaq yarada biləcəyi dil komissiyası ilə ərsəyə gətirmək mümkündür, türk etnosu mədəni, elmi, ticarət, iqtisadiyyat, maliyyə, təhlükəsizlik, siyasət və müdafiə nöqteyi-nəzərindən vahid siyasi-iqtisadi mərkəzə çevrilməlidir. Ortada vahid Avropa birliyi modeli var,ancaq bizi birləşdirən qayə Avropa birliyini birləşdirən qayədən daha dərindir, çünki bizim konkret tarix və vahid kökənimiz var. Bu bizə imkan verir ki, biz bir yumruq, ürək və qardaş toplumu kimi fəaliyyət göstərə bilək. Ona görədə növbəti zirvəni türk xalqları adına böyük uğur saymaq olar. Bu uğur, əlbəttə, bizi sevməyən mərkəzlər və güc qüvbələrini də narahat edəcək. Ən azından bu zirvədən öncə təcili qaydada Fransa prezidenti Makronun Orta Asiya ölkələri Qazaxıstan və Özbəkistana səfərini və yaxud da sentyabr ayında BMT-nin Baş Assambleyasından sonra Amerika rəhbərliyinin Mərkəzi Asiya rəhbərləri ilə təcili görüş keçirməsini, bu cür zirvə və sammitlərin çox ciddi şəkildə izləndiyini və bundan narahat olan mərkəzlər var.
Bizi sevməyən qüvvələrin narahat olmaya ciddi əsasları var. Bunun da əsası bizim birliyimizdədir, çünki birlik güc, azadlıq, müstəqillik, eyni zamanda sevməyənlər üçün qorxu deməkdir".
ÇİMNAZ MƏMMƏDOVA