"Türkiyə ilə münasibətlər Rusiya Federasiyası üçün olduqca vacibdir"-AMİD ƏLİYEV

Bölmə: Siyasət › ,
Tarix: 22:14 07.11.2023

"Rusiya özü regional güc olaraq, bölgədə digər regional güclərlə münasibətlərin prioriet əsaslarda saxlanılmasında olduqca maraqlıdır. Belə ki, Türkiyə ilə münasibətlər Rusiya Federasiyası üçün olduqca vacibdir" bu sözləri informator.az saytına açıqlamasında politoloq Amid Əliyev deyib.

 

 

"Cənubda və xüsusilə də Afrikada və yaxın Şərqdəki bir sıra məsələlər ətarafında müzakirələr məhz Türkiyə ilə aparılır".

 


A.Əliyev bildirir ki, "İran da Rusiya üçün vacib ölkələrdən biridir. Cənubi Qafqaz və Suriya, Livan, İsrail və Fələstin eləcə də ərəb ölkələri ilə münasibətlərdə İranla əməkdaşlıq Rusiya Federasiyası üçün vacibdir.
Eyni zamanda Uzaq Şərqdə Çinlədə münasibətlərin qorunması Rusiya üçün prioritet sayıla bilər. Rusiya Federasiyası Uzaq Şərqdə olan Çinlə eyni geostrateji məkanı bölüşür, birgə maraqları var. Rusiya, Ukrayna ilə müharibə zamanı Çinin siyasi dəstəyinə arxalansada hərbi dəstəyi ala bilməyib, lakin münasibətlərin qorunub saxlanılması hələ ki mümkün olub.
ABŞ-ın Yaxın Şərq, Orta Asiya, Ərəb ölkələri və hazırda da Çinlə münasibətləri ən yüksək səviyyədə normaya salması Rusiya üçün arzu olunan deyil, bu zaman Rusiya Federasiyası özünün siyasi mütəffiqlərindən birini itirmiş olacaq.
Qərb cəbhəsində NATO-nun yaxınlaşmasından qorunmaq məqsədilə müharibəyə başlayan Rusiya, uzaq Şərqdə Çinlə strateji mütəffiq ola biləcəyi üçün onu itirmək istəmir. Bu tez başa verməyəcək, çünki, ABŞ Çinlə münasibətləri tam normaya salmaq üçün Tayvan məsələsində və dünya qitisadiyyatıda güclənən Çinin payından hansısa bir yolla razılıq əldə etməli və ya özünü sığortalamalıdır".

 

FİDAN İBRAHİMLİ