''AZƏRBAYCAN HƏRBİ ARSENALINI DAHA ÇOX TÜRKİYƏ SİLAHLARI İLƏ GÜCLƏNDİRƏCƏK''-ELMİR SƏFTƏROV
Bölmə: Siyasət › ,Tarix: 12:19 09.11.2023
Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı ordu quruculuğu məsələsinə toxunub. Dövlətimizin başçısı deyib: "Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən biri olacaq, bunu hamı bilsin".
"Hazırkı beynəlxalq siyasi konyekturanın tələblərinin tez-tez dəyişməsi Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini, yenilənməsini və ordunun maddi-texniki bazasının gücləndirilməsi məsələsini gündəmə gətirir" fikrini siyasi şərhçi Elmir Səftərov bildirib.
E.Səftərov Azərbaycan Ordusunda edilən dəyişiklik barədə açıqlama verib.
"Əvvəla qeyd edək ki, Vətən müharibəsindən əvvəl və sonrakı dövrlərdə Azərbaycan Ordusunda müəyyən dəyişikliklər edilib. Belə ki, ənənəvi hərbi birləşmələrin daha hazırlıqlı bölmərə keçidi başlayıb. Bunlara misal olaraq, "həmlə" bölükləri, sonra isə komanda hərbi hissələri yaradılmağa başladı. Hazırda bu proses davam edir".
Şərhçi orduda edilən yenidən qurulma işlərinin nəticəsindən söz açıb.
"Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq yeniden qurulur.
Təbii ki, bu proseslərin nəticəsi birdən-birə yox, zamanla daha çox hiss ediləcək.
Bundan əlavə, Azərbaycan hərbi arsenalını daha çox Türkiyə silahları ilə gücləndirəcək. Düzdür, ölkəmiz Rusiyadan, İsraildən, Belarusdan və digər dövlətlərdən silah alsa da, bundan sonra əsas üstünlük Türkiyəyə veriləcək.
Digər başa verə biləcək dəyişikliklər isə Ordu korpuslarının birləşdilməsi və yaxud fərqli sistem əsasında fəaliyyətinin təşkili olacaq".
ÇİNARƏ MURADOVA