Ermənistanın siyasi qüvvələri kimi siyasi şərhçiləri də ictimai rəyi aldadır-Politoloqdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 15:58 09.11.2023
“Sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan dövlətinin ortada konkret mövqeyi var. Biz daha əvvəldən bildirmişik ki, sülh müqaviləsinin əldə edilməsi üçün dövlətimizin müəyyən bir iradəsi mövcuddur. Azərbaycan problemin ən qısa və ən uyğun müddətdə həll edilməsi üçün çalışır”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib. Politoqulun sözlərinə görə, Azərbaycanın təşkil etdiyi 5 maddəli sülh müqaviləsi mövcuddur.
“Ermənistan sözdə bu təkliflə razılaşdığını bildirib. Amma, biz Ermənistanın havadarları vasitəsilə sülh danışıqlarını uzatması və vaxt əldə etməsinin şahidi oluruq”.
Tural İsmayılov deyir ki, ilin sonuna qədər Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması gözlənilir.
"Düşünürəm ki, Azərbaycanın Ermənistanla bağlı heç bir ərazi iddiası yoxdur və bunu daim nümayiş etdirib. Erməni siyasi şərhçislərinin bizim əleyhimizə səsləndirilən fikirləri heç də səmimi deyil. Çünki Ermənistanda siyasi qüvvələr kimi siyasi şərhçilər də ictimai rəyi aldadır”.
Politoloqun sözlərinə görə, Ermənistan cəmiyyətini manipulyasiya etməklə məşğuldur.
"Azərbaycan onsuzda Ermənistanı beynəlxalq hüquqda tanıyaraq, onun suveren əraziləri ilə bağlı hansısa bir problem nümayiş etdirməyib. Biz həmişə Ermənistanın beynəlxalq hüquqda tanınan ərazilərini qəbul etmişik”.
Tural İsmayılov qeyd edir ki, bizə qarşı səsləndirilən “qəsd” iddiaları tamamilə əsassızdır.
"Elə buna görə də, sülh müqaviləsinin imzalanması üçün ictimai rəydə çaşdırıcı mövqelər yox, vahid mövqe olmalıdır. Ermənistanın ictimai-siyasi mühiti də bu vahid rəylərə hazır olmalıdır”.
Aynur Babayeva